Tenqri
Ana Səhifə
Dünya

Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi təsdiqlənib

Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi təsdiqlənib. APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib Energetika Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Enerji effektivliyi informasiya sistemində formalaşan açıq məlumatların “Açıq məlumatlar” porta

0 baxışapa.az
Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi təsdiqlənib
Paylaş:

Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi təsdiqlənib. APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib Energetika Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Enerji effektivliyi informasiya sistemində formalaşan açıq məlumatların “Açıq məlumatlar” portalına ötürülməsini, bu mümkün olmadığı halda daxil edilməsini və həmin məlumatların mütəmadi olaraq yenilənməsini təmin etməlidir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Əsasnamədə qeyd edilən ötürülən məlumatların ilkin mənbəyini formalaşdıran dövlət qurumları və təşkilatları ilə birlikdə həmin məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etsinlər və bu barədə ildə bir dəfə Nazirlər Kabinetinə məlumat verməlidirlər EEİS-in sahibi və operatoru funksiyalarını Energetika Nazirliyi həyata keçirir EEİS “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunvə qanunvericilik ilə müəyyən edilmiş qaydada aşağıdakıları təmin edən informasiya sistemidir: enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrinin aparılmasının və mütəmadi olaraq yenilənməsinin təmin edilməsi; enerji auditi üzrə təşkilatların və enerji auditorlarının fəaliyyətinə nəzarət, həmçinin həyata keçirilən enerji auditləri üzrə hesabatların daxil edilməsi, qəbulu və saxlanılması; təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq “Məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının müəyyən edilməsi üçün meyarların təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2022-ci il 17 avqust tarixli 309 nömrəli Qərarı ilə təsdiq edilən meyarlara uyğun gələn təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının siyahısının EEİS-ə daxil edilən enerji istehlakçısına və illik enerji istehlakına dair məlumatlar və ya tikinti sahəsinə və onun mülkiyyətçisinə dair məlumatlar əsasında formalaşdırılması, siyahıların aparılması və yenilənməsi, habelə subyektlərin məcburi enerji auditi və enerji idarəçisi (meneceri) təyinetmə öhdəliklərinin VÖEN vasitəsilə yoxlanılması və icra vəziyyəti barədə məlumatların daxil edilməsi; enerji idarəçisini təyin etməli olan təsərrüfat subyektlərinin rəhbərləri və qeyri-yaşayış binalarının mülkiyyətçiləri (idarəçiləri) tərəfindən “Enerji idarəçisinə (menecerinə) dair tələblər, habelə onların attestasiyadan keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2022-ci il 8 dekabr tarixli 436 nömrəli Qərarında nəzərdə tutulmuş qaydada enerji idarəçilərinin təyin edilməsi; enerji menecment sistemi tətbiq etmiş subyektlərin müəyyənləşdirilməsi, tətbiq edilən enerji menecment sistemləri və bu sistemlər üzrə sertifikatların, habelə Nazirlik tərəfindən sorğu edilən hesabatların qəbulu, saxlanılması və “Enerji menecment sisteminə dair tələblər”in təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2022-ci il 17 avqust tarixli 310 nömrəli Qərarına uyğunluğunun yoxlanılması; nəzarət subyektləri tərəfindən Nazirlər Kabinetinin 2023-cü il 1 avqust tarixli 258 nömrəli Qərarı ilə təsdiq edilmiş “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi barədə hesabatın forması”na uyğun illik hesabatların qəbulu və müqayisəli təhlil aparılması; Nazirlər Kabinetinin 2023-cü il 18 aprel tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik enerjisi istehsalı və təbii qazın email üzrə effektivlik potensialının qiymətləndirilməsi qaydasına və qiymətləndirmə meyarları”na 1 və 2 nömrəli əlavələrə uyğun hesabatların qəbulu və hesabatlar əsasında Nazirlik tərəfindən öhdəliklərin müəyyənləşdirilməsinin təmin edilməsi; enerji effektivliyi üzrə xidmətlərin icraçıların siyahısının, enerji effektivliyi üzrə xidmətlərin mövcud vəziyyətinə və inkişafına dair hesabatın daxil edilməsi; “Binalarda enerji effektivliyi” altsistemi vasitəsilə binalarda enerji sərfinin hesablanması, enerji effektivliyi sinfinin müəyyən edilməsi və enerji effektivliyi pasportunun rəqəmsal tərtibatı; “Enerji effektivliyi fondu və stimullaşdırıcı tədbirlər” modulu vasitəsilə Enerji effektivliyi fondu (bundan sonra – Fond) haqqında məlumatların, stimullaşdırıcı tədbirlər və dəstəklənən istiqamətlər üzrə tələblərin, ayrılan vəsait və onlardan istifadəyə dair məlumatların təqdim edilməsi, Fondun vəsaiti hesabına veriləcək güzəştli krediti təklif edən müvəkkil kredit təşkilatlarının siyahısının qeyd olunması, həmçinin fiziki və hüquqi şəxslər tərəfindən pilot layihələrin maliyyələşdirilməsi, subsidiya və qrant alınması məqsədilə müraciətlərin qəbul edilməsi; statistik göstəricilərin formalaşdırılması; enerji səmərəliliyi üzrə qanunvericilik, normativ sənədlər, metodik materiallar, enerji istehlakına dair statistika, enerji istehlakı və karbon izini hesablama kalkulyatorları və digər maarifləndirici resursların yerləşdirilməsi və yenilənməsi; EEİS-də aparılan reyestr və siyahılar üzrə subyektlərin statuslarının (yeni qeydiyyat, aktiv, qeyri-aktiv, dəyişiklik edilmiş, düzəliş edilmiş və ləğv edilmiş) izlənilməsi, enerji auditi, enerji idarəçiliyi, enerji istehsalçıları, enerji təchizatçıları üzrə hesabatların formalaşdırılması; EEİS-dən istifadə qaydaları, tez-tez verilən suallar, metodik göstərişlər və digər əlaqəli materialların yerləşdirilməsi; enerji səmərəliliyi sahəsində maarifləndirmə, təlim və kommunikasiya tədbirləri, təlim materialları, metodik göstərişlər və digər əlaqəli açıq məlumatların təqdim edilməsi; enerji effektivliyi sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə həyata keçirilən tədbirlər barədə məlumatların təqdim edilməsi

Kaynak: apa.az

Diğer Haberler