Tenqri
Ana Səhifə
Dünya

Enerji Dialoqu Platforması çərçivəsində gənc jurnalsitlər üçün məlumatlandırma sessiyalarına başlanılıb

Enerji Dialoqu Platforması çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə gənc media nümayəndələri üçün "Qlobal enerji bazarlarında yeni çağırışlar: etibarlı tərəfdaşlıq və Azərbaycanın strateji rolu"

0 baxışreport.az
Enerji Dialoqu Platforması çərçivəsində gənc jurnalsitlər üçün məlumatlandırma sessiyalarına başlanılıb
Paylaş:

Enerji Dialoqu Platforması çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə gənc media nümayəndələri üçün "Qlobal enerji bazarlarında yeni çağırışlar: etibarlı tərəfdaşlıq və Azərbaycanın strateji rolu" mövzusunda silsilə məlumatlandırma sessiyalarına start verilib Bildirilib ki, Milli Mətbuat Gününə həsr olunmuş və iyulun 3-dək davam edəcək tədbir çərçivəsində 30-dan çox media qurumundan olan jurnalistlər enerji təhlükəsizliyi, qlobal enerji transformasiyası, beynəlxalq enerji bazarlarında baş verən əsas tendensiyalar, eləcə də SOCAR-ın "upstream", "midstream" və "downstream" fəaliyyət istiqamətləri barədə təqdimatları dinləyəcək, müzakirələrdə və sahə turlarında iştirak edəcəklər Tədbirin açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov regional və qlobal enerji proseslərinin anlaşılması, mürəkkəb mövzuların obyektiv və peşəkar şəkildə təqdim edilməsinin bu gün media qarşısında duran vacib vəzifələrdən olduğunu bildirib. İcraçı direktor media nümayəndələri üçün təşkil olunan silsilə məlumatlandırma sessiyalarının Azərbaycan mediasında, xüsusilə strateji sahə hesab olunan enerji sektoru üzrə peşəkar ixtisaslaşmanın gücləndirilməsinə xidmət edən mühüm platforma olduğunu deyib SOCAR-ın Kommunikasiya məsələləri üzrə icraçı direktoru Aygün Hüseynova çıxışında Enerji Dialoqu Platforması təşəbbüsü, silsilə məlumatlandırma sessiyaları barədə məlumat verib. O, Enerji Dialoqu Platforması təşəbbüsünün enerji sektoru ilə bağlı maraqlı tərəflər arasında açıq, peşəkar və davamlı dialoq mühitinin formalaşdırılması məqsədi daşıdığını bildirib. İcraçı direktor məlumatlandırma sessiyalarının enerji mövzularını işıqlandıran jurnalistlərin sahə üzrə məlumatlılığının daha da artırılmasına töhfə verəcəyinə inamını ifadə edib Daha sonra SOCAR-ın rəhbər şəxsləri tərəfindən şirkətin fəaliyyətinin ayrı-ayrı istiqamətləri ilə bağlı təqdimatlar və çıxışlar dinlənilib. SOCAR-ın vitse-prezidenti Arzu Cavadova şirkətin kəşfiyyat və axtarış əməliyyatları sahəsindəki zəngin təcrübəsi, geoloji-geofiziki tədqiqatlarda tətbiq olunan müasir yanaşmalar və beynəlxalq layihələr barədə məlumat verib. SOCAR-ın işlənmə və hasilat sahəsindəki fəaliyyətindən bəhs edən şirkətin vitse-prezidenti Babək Hüseynov 30 illiyinin qeyd olunduğu "Şahdəniz" layihəsinin tarixi əhəmiyyətindən, "Azəri-Çıraq-Günəşli"dən (AÇG) ilk sərbəst təbii qaz hasilatına başlanılmasının önəmindən, eləcə də xarici ölkələrdə həyata keçirilən "upstream" layihələrinin icrası istiqamətdə görülən işlərdən bəhs edib Azərbaycanda ədalətli enerji keçidinin təmin olunması istiqamətində atılan addımlar barədə məlumat verən şirkətin vitse-prezidenti Əfqan İsayev SOCAR-ın "yaşıl gündəliyi"ndən, dekarbonizasiya və aşağı karbonlu layihələrdən, həmçinin beynəlxalq enerji şirkətləri ilə qurulan səmərəli əməkdaşlıqlardan danışıb. Çıxışında SOCAR-ın maliyyə dayanıqlığının gücləndirilməsi, beynəlxalq reytinq qiymətləndirmələri və funksional mükəmməlliyin inkişaf etdirilməsi istiqamətlərində əldə olunan mühüm nailiyyətlərdən bəhs edən SOCAR-ın vitse-prezidenti Zaur Qurbanov bu uğurların şirkətin beynəlxalq investisiya layihələrində iştirakı baxımından əhəmiyyətini qeyd edib SOCAR-ın İnteqrə edilmiş planlaşdırma, optimizasiya və logistika seqmentinin icraçı direktoru Namiq Əmiraslanov isə enerji resurslarının təhlükəsiz, fasiləsiz və çevik şəkildə beynəlxalq bazarlara çatdırılması istiqamətində SOCAR-ın icra etdiyi mühüm layihələr barədə məlumat verib SOCAR prezidentinin müşaviri, "SOCAR Türkiyə"nin baş icraçı direktoru Elçin İbadov şirkət tərəfindən Türkiyədə enerji, logistika və əməliyyat sahələrində reallaşdırılan strateji layihələrdən, əldə olunan uğurlardan, həmçinin süni intellekt və data mərkəzlərinin yaradılması istiqamətində ən son yeniliklərdən bəhs edib Neft kapitalının insan kapitalına çevrilməsinin SOCAR-ın fəaliyyətinin əsas istiqamətlərindən biri olduğunu söyləyən şirkətin vitse-prezidentinin müavini Aytən Fərzəliyeva SOCAR-ın kadr potensialının inkişafı istiqamətində icra olunan layihələr, əldə olunan nailiyyətlərdən danışıb. Qaz nəql və saxlama infrastrukturunun ölkəmizin enerji siyasətinin uğurla həyata keçirilməsində strateji əhəmiyyətindən bəhs edən "SOCAR Midstream Qaz Əməliyyatları" şirkətinin icraçı direktoru Polad Rüstəmov qaz nəqli və saxlama infrastrukturu, magistral qaz kəmərlərinin modernləşdirilməsi, rəqəmsal idarəetmə həllərinin tətbiqi istiqamətində görülən işlər barədə məlumat verib Çıxışında SOCAR tərəfindən bir sıra yataqlarda hasilatın optimallaşdırılması və səmərəliliyin artırılması istiqamətində atılan addımlardan danışan "SOCAR Upstream Əməliyyatların idarə olunması" şirkətinin Strateji idarəetmə məsələləri üzrə icraçı müşaviri Orxan İsmayılov tətbiq olunan müasir texnoloji və mühəndis həlləri nəticəsində bu istiqamətdə mühüm nailiyyətlərin əldə olunduğunu bildirib Daha sonra tədbir sual-cavab sessiyası ilə davam etdirilib, media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler