Enerji keçidi və şəhərsalma siyasətləri bir-birini tamamlayır - Həsən Suver
BAKI, Azərbaycan, 19 may. Trend xəbər verir ki, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Həsən Suver bildirib ki, enerji keçidi və şəhərsalma siyasəti bir-birini tamamlayan bir-biri ilə dərindən əlaqəli sahələrə çevrilib Bunu nazir müavini Bakıda keçirilən Ümumdüny
BAKI, Azərbaycan, 19 may. Trend xəbər verir ki, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Həsən Suver bildirib ki, enerji keçidi və şəhərsalma siyasəti bir-birini tamamlayan bir-biri ilə dərindən əlaqəli sahələrə çevrilib Bunu nazir müavini Bakıda keçirilən Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində keçirilən “D-8 ölkələrinin yüksək səviyyəli enerji və şəhərsalma dialoqu”nda çıxışı zamanı deyib Onun sözlərinə görə, WUF13-də müzakirələr şəhərlərin cari problemlərindən və təcili ehtiyaclarından kənara çıxır "Gələcək nəsillərə miras olaraq qoyduğumuz yaşayış sahələrini, iqlim dəyişikliyinə qarşı ortaq dayanıqlığımızı və D-8 ölkələri olaraq davamlı inkişaf vizyonumuzu müzakirə etmək üçün burada toplaşırıq. Türkiyə D-8-i təkcə iqtisadi əməkdaşlıq platforması kimi deyil, həm də ekoloji həmrəyliyi, yaşıl inkişafı və gələcəyə ortaq baxışı gücləndirmək üçün strateji mexanizm kimi görür", - deyə Suver bildirib Nazir müavini vurğulayıb ki, enerji keçidi və şəhərsalma siyasəti artıq paralel yollar üzərində deyil, bir-birini gücləndirən sahələr kimi çıxış edir "Enerjiyə qənaət edən binalar, təmiz nəqliyyat sistemləri, bərpa olunan enerji infrastrukturu, ağıllı şəhər texnologiyaları, yaşıl infrastruktur və davamlı mənzil layihələri gələcəyin şəhərlərini formalaşdıran əsas amillərdir" deyə Suver yekunlaşdırıb Bakıda Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyasının üçüncü günü davam edir Birinci gün Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, işgüzar sessiyalar və şəhərin rifahı ilə bağlı müzakirələr keçirilib. Forum çərçivəsində Birləşmiş Millətlər Təşkilatının və Azərbaycanın bayraqlarının qaldırılması mərasimi də olub Forumun ikinci günü tarixdə ilk dəfə keçirilən Liderlər Zirvəsi ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərin davamlılığı ilə bağlı yüksək səviyyəli müzakirələr aparılıb. Eyni zamanda WUF13 çərçivəsində Mexiko pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib 182 ölkədən 40 000-dən çox qeydiyyatdan keçmiş iştirakçını cəlb edən WUF13 mayın 22-dək davam edəcək. “Dünyada mənzil: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu altında keçirilən forum davamlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığı gücləndirmək üçün hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir


