Enerji işçiləri işıqsız qalmayacaq - video
Azərbaycan ərazisində pis hava şəraiti davam edir. Güclü yağışlar nəticəsində Bakı şəhəri və bəzi rayonlarda, o cümlədən şimal zonasının bir sıra ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli məhdudiyyətlər yaranmasına baxmayaraq, “Azərişıq” ASC bütün zəruri qabaqlayıcı texniki və təşki

Azərbaycan ərazisində pis hava şəraiti davam edir. Güclü yağışlar nəticəsində Bakı şəhəri və bəzi rayonlarda, o cümlədən şimal zonasının bir sıra ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli məhdudiyyətlər yaranmasına baxmayaraq, “Azərişıq” ASC bütün zəruri qabaqlayıcı texniki və təşkilati tədbirləri davam etdirir ASC-nin mətbuat xidməti açıqlamasında qeyd edir ki, “Bakı və şəhərətrafı ərazilərdə uzun müddət yağan yağışlar, bir sıra ərazilərdə keçilməz gölməçələr, qəza yerlərinin yağış sularından təmizlənməsi “Azərişıq” əməkdaşları üçün əlavə çətinliklər yaradır. Lakin bütün çətinliklərə baxmayaraq, ASC-nin əməkdaşları gecə-gündüz fədakarlıqla çalışırlar. Onlar profilaktik tədbirlər həyata keçirir, ərazilərdən yağış sularının axıdılması, o cümlədən enerji obyektlərində təmir-bərpa işləri aparırlar” Bundan başqa, mətbuat xidmətindən bildirilib ki, rayonlara, xüsusilə dağ və dağətəyi rayonlara əlavə material və vəsaitlər göndərilib: “Sel və çay daşqınları bir sıra ərazilərdə elektrik dirəklərinin uçmasına səbəb olub. Elektrik xətlərinin üzərinə düşən ağaclar və yad əşyalar bəzi icmalarda elektrik enerjisinin kəsilməsinə səbəb olub. Mürəkkəb dağlıq əraziyə və qeyri-sabit hava şəraitində nəqliyyatın hərəkətində yaranan çətinliklərə baxmayaraq, “Azərişıq” ASC-nin qəza-xilasetmə dəstələri digər dövlət qurumlarının əməkdaşları ilə birlikdə elektrik enerjisinin verilişində yaranan fasilələrin və qəzaların aradan qaldırılması üçün təmir-bərpa işlərini davam etdirirlər”


