Tenqri
Ana Səhifə
Dünya

“Emirates” Dubaya uçan sərnişinlər üçün əlavə sığorta tətbiq edəcək

Birləşmiş Ərəb Əmirliklərinin ən böyük aviaşirkəti olan “Emirates” Yaxın Şərqdəki gərginliyə baxmayaraq, sərnişinləri Dubaya və ya bu şəhər üzərindən uçuşlara təşviq etmək məqsədilə əlavə sığorta paketi təqdim etməyə hazırlaşır AZƏRTAC xəbər verir ki, şirkətin prezidenti Tim Clark bu barədə “Financ

0 baxışazertag.az
“Emirates” Dubaya uçan sərnişinlər üçün əlavə sığorta tətbiq edəcək
Paylaş:

Birləşmiş Ərəb Əmirliklərinin ən böyük aviaşirkəti olan “Emirates” Yaxın Şərqdəki gərginliyə baxmayaraq, sərnişinləri Dubaya və ya bu şəhər üzərindən uçuşlara təşviq etmək məqsədilə əlavə sığorta paketi təqdim etməyə hazırlaşır AZƏRTAC xəbər verir ki, şirkətin prezidenti Tim Clark bu barədə “Financial Times” nəşrinə müsahibəsində deyib. Onun sözlərinə görə, “Emirates” sığorta şirkətləri ilə birlikdə sərnişinlərə vəsaitin geri qaytarılması və müştərilərin evə təhlükəsiz çatdırılmasına zəmanət verən münasib qiymətə aviabiletlər üzərində işləyir Aviaşirkət, həmçinin zərurət yaranacağı təqdirdə digər daşıyıcıların xidmətlərindən istifadə etməklə geridönüş uçuşlarının təşkilini də öz üzərinə götürməyi planlaşdırır Tim Clark bildirib ki, şirkət regionda münaqişənin yenidən alovlanması riskini nəzərə alaraq əvvəlki mənfəət hədəflərindən imtina edib və maliyyə ilini zərərsiz başa vurmağa çalışır Qeyd edək ki, Yaxın Şərqdə davam edən hərbi qarşıdurma və hava məkanlarının qismən bağlanması son aylarda çoxsaylı reyslərin təxirə salınmasına və ya ləğvinə səbəb olub 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler