Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır
Rəqəmsal texnologiyaların sürətli inkişafı uşaqların informasiya əldə etmə imkanlarını genişləndirsə də, bu sahədə mövcud tendensiyaların elmi əsaslarla öyrənilməsi və düzgün qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Uşaqların sosial media və digər rəqəmsal platformalarda davranışları ilə bağlı m

Rəqəmsal texnologiyaların sürətli inkişafı uşaqların informasiya əldə etmə imkanlarını genişləndirsə də, bu sahədə mövcud tendensiyaların elmi əsaslarla öyrənilməsi və düzgün qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Uşaqların sosial media və digər rəqəmsal platformalarda davranışları ilə bağlı müzakirələr zamanı emosional yanaşmadan daha çox faktlara əsaslanmaq vacibdir AZƏRTAC xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” kitabının təqdimat mərasimində çıxışı zamanı səsləndirib Onun sözlərinə görə, bu gün uşaqların informasiya əldə etməsində media və sosial şəbəkələr mühüm rol oynayır "Cəmiyyətdə sosial medianın uşaqlara təsiri ilə bağlı müxtəlif fikirlər mövcuddur və bu təsirlərin riskli olduğu barədə yanaşmalar geniş yayılıb. Hər hansı təsirin mövcud olub-olmaması ilə bağlı nəticəyə gəlmək üçün ilk növbədə həmin təsirin ölçülməsi və elmi şəkildə qiymətləndirilməsi vacibdir. Biz tez-tez deyirik ki, sosial media uşaqlarda yanlış fikirlərin formalaşmasına səbəb ola bilər. Lakin bizim üçün əsas məsələ bunun ölçülməsi və obyektiv qiymətləndirilməsidir. Yəni qərarlar və yanaşmalar mövcud faktlara və araşdırmalara əsaslanmalıdır”, – deyə nazir vurğulayıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


