Emi Karlon: Azərbaycan ilə ABŞ-nin münasibətləri möhkəmlənir
İdman Akademiyasında (ASA) Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib Bu barədə "Report"a Azərbaycan İdman Akademiyasının mətbuat xidmətindən məlumat verilib Görüş çərçivəsində qonaqlar a

İdman Akademiyasında (ASA) Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib Bu barədə "Report"a Azərbaycan İdman Akademiyasının mətbuat xidmətindən məlumat verilib Görüş çərçivəsində qonaqlar akademiyanın MediaLab və İdman Tibbi Tədqiqatları Laboratoriyasının fəaliyyəti ilə tanış olublar. Nümayəndə heyətinə ASA-da yaradılmış müasir tədris və elmi-tədqiqat infrastrukturu barədə ətraflı məlumat verilib ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon isə elm və təhsil sahəsində əməkdaşlığın xalqlar arasında qarşılıqlı anlaşmanın və yaxın münasibətlərin möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıb Görüş zamanı ASA ilə ABŞ-nin nüfuzlu ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları, eləcə də birgə layihə və tədbirlərin həyata keçirilməsi perspektivləri müzakirə olunub. Tərəflər tələbə və müəllim mübadiləsinin təşkili, həmçinin beynəlxalq layihələrin birgə icrası istiqamətində fikir mübadiləsi aparıblar Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir
Diğer Haberler

Pasportların istehsalının qiyməti niyə artıb və onların hazırlanması niyə bu qədər uzun çəkir?

Qırğızıstandan olan gənc idmançılar Novosibirskdə keçirilən Aerojack turnirində medal qazanıblar
