Elvin Nəcəfzadə son saniyələrdə rusiyalı güləşçidən qələbə qazanaraq Avropa çempionu oldu - VİDEO
Samokovda (Bolqarıstan) 15 yaşadək idmançılar arasında güləş üzrə Avropa çempionatı başa çatmaq üzrədir Bu gün sərbəst güləşçi Elvin Nəcəfzadə Azərbaycana dördüncü qızıl medalı gətirib. 85 kq çəki dərəcəsində o, son saniyələrdə rusiyalı İbrahim Maqomedovdan qələbə qazanıb - 5:4 Qarşılaşma zamanı

Samokovda (Bolqarıstan) 15 yaşadək idmançılar arasında güləş üzrə Avropa çempionatı başa çatmaq üzrədir Bu gün sərbəst güləşçi Elvin Nəcəfzadə Azərbaycana dördüncü qızıl medalı gətirib. 85 kq çəki dərəcəsində o, son saniyələrdə rusiyalı İbrahim Maqomedovdan qələbə qazanıb - 5:4 Qarşılaşma zamanı Elvin 1:4 hesabı ilə uduzsa da, əvvəlcə sona 40 saniyə qalmış hesabdakı fərqi azaldıb, on saniyədən az vaxt qalanda isə iki xal qazanıb pic.twitter.com/vdkTNVYnem Xatırladaq ki, ötən günlərdə Azərbaycan millisinin heyətində yunan-Roma güləşçiləri Hüseyn Əmrahlı (38 kq) və Paşa Aslan (44 kq), həmçinin Ülviyyə Musayeva (33 kq) qızıl medal qazanıblar Bu gün həmçinin qızların finalında Gülay Xasməmədova (36 kq) rusiyalı Yelizaveta Kirillovaya uduzaraq gümüş medala sahib olub

