Tenqri
Ana Səhifə
İdman

Elvin Cəfərquliyevin cəzalandırılmasının şok səbəbi: Şərurlu İsfəndiyarın restoranında qızlarla

Azərbaycan futbolunda son günlər ara qarışıb, məzhəb itib. Bu, məzhəb o məzhəbdən – dini məzhəbdən deyil. Çünki son günlər futbolumuzda bu məsələlər tez-tez gündəmə gətirirlir və kimlərsə məzhəb məsələsi ilə futbol ictimaiyyətini və cəmiyyəti çaşdırmaq istəyir. Bizim sözümüzün canı başqadır Çempion

0 baxışpublika.az
Elvin Cəfərquliyevin cəzalandırılmasının şok səbəbi: Şərurlu İsfəndiyarın restoranında qızlarla
Paylaş:

Azərbaycan futbolunda son günlər ara qarışıb, məzhəb itib. Bu, məzhəb o məzhəbdən – dini məzhəbdən deyil. Çünki son günlər futbolumuzda bu məsələlər tez-tez gündəmə gətirirlir və kimlərsə məzhəb məsələsi ilə futbol ictimaiyyətini və cəmiyyəti çaşdırmaq istəyir. Bizim sözümüzün canı başqadır Çempionluq mübarizəsi, “Qarabağ”la “Sabah” arasında maraqlı rəqabət, bunun fonunda dolan stadionlar, kubokda finalçıların müəyyənləşməsi, avrokuboklar və Premyer Liqada qalmaq uğrunda gərgin mübarizə, hakimlərin səhv qərarları və nəhayət Elvin Cəfərquliyev… Azərbaycan futbolunun gündəmi son illərdə olmadığı qədər qaynardır Publika.az-ın məlumatına görə, bu prosesin ötən həftəyə qədər görünməyən, lakin indi görünən tərəfi də var. Bir neçə gün əvvəl məlum oldu ki, “Qarabağ” müdafiəçiləri - Elvin Cəfərquliyevi və Abbas Hüseynovu intizamsızlığa görə cəzalandıraraq əvəzedici komandaya göndərib Abbasın cəzalandırılması elə də diqqət cəlb etmədi. Onun son illər varlığı ilə yoxluğu bilinmirdi. Vaxtilə futbolumuzun perspektivli cinah müdafiəçilərindən sayılan və Qurban Qurbanovun gənc yaşında transfer etdiyi Hüseynov bacarağından və kefiyyətlərindən demək olar ki, çox az istifadə etdi. Buna görə də Abbasın cəzalandırılması Elvin qədər ajiotaj yaratmadı Cəfərquliyev isə Azərbaycan futbol tarixinin ən istedadlı futbolçularından biridir. Onun Çempionlar Liqasında tarixə düşən uğurları və performansı artıq ölkə hüdudlarından kənarda müzakirə olunur. Amma di gəl ki, Qurban Qurbanovun onunla bağlı problemləri uzun illərdir bitrmir Bəlkə də Elvinlə bağlı yeganə problem onun xarakteridir. O, əvvəlcə meydandakı dəlisovluğu və intizamsızlığı ilə gündəmə gəlirdi. Vacib oyunlarda qırmızı vərəqələr alır, hakimlərlə yerli-yersiz dialoqlara girir, bəzi məqamlarda məsuliyyətsiz qərarlar verirdi. Bu da nəticə və meydandakı mübarizə baxımından komandaya ciddi təsir edirdi. Lakin onun meydandakı kefiyyətləri, məşqlərdə üzərində çalışması və inkişafı Qurbanovun nisbətən yüngül cəzalara əl atması ilə nəticələnirdi. Zamanla o, bu problem aradan qaldırmağı bacardı və daha intizamlı oynamağa başladı Vaxt keçdikcə Elvin populyarlaşdı, mükafatlar qazandı, azarkeşlərin sevimlisinə çevrildi. Fanatlar və media ilə münasibətlərində heç vaxt səhvə yol verməyən, qarşısındakı şəxslərə hörmət göstərən müdafiəçi bu dəfə əyləncələrə meyilli olması ilə gündəmə gəldi. Bütün bunlar onun inkişafını hamıdan çox istəyən baş məşqçisinin də diqqətində idi. Qurban Qurbanov Elvinlə dəfələrlə fərdi söhbətlər edərək ona peşəkar futbolçunun əleyhinə olan, inkişafına və nüfuzuna problem yaradacaq əyləncələrdən uzaq durmağı tövsiyə edib Lakin bütün söhbətlərə rəğmən, 25 yaşlı futbolçu şəxsi həyatına elə də diqqət yetirməyib. O, əyləncəli tədbirlərə qatılıb, istirahətdə olduğu vaxt rejimə, sağlamlığına diqqət yetirməyib. Zaman keçdikcə daha çox əyləncəyə meyl edib. Elvin Cəfərquliyevin Abbas Hüseynovla birlikdə “Qarabağ” tərəfindən cəzalandırılmasın da səbəbi məhz bu tipli əyləncə olub Hər iki futbolçu iş adımı Şərurlu İsfəndiyara məxsus, Bakının ən məşhur restoran-otel tipli məkanlarından birində əyləncə məclisdə iştirak edikləri aşkara çıxıb. Məlumata görə, futbolçuların əyləncə məkanından çəkilmiş fotoları da var. Qurban Qurbanov isə onların bu əməlini bağışlamayıb. Komandanın “Sabah”la matç öncəsi futbolçuların nizam-intizam qaydalarını pozaraq belə bir məclisdə iştirakları “Qarabağ” rəhbərliyini və təcrübəli məşqçini özündən çıxarıb Qurban Qurbanov “Sabah” ilə oyundan sonra Elvinlə bağlı danışıb. Nə qədər incik olsa da, futbolçusunun ünvanına mənfi fikir səsləndirməyib: “İstənilən futbolçunun arxasındayam. Bu günə qədər olmayıb ki, hansısa futbolçunun inkişafını düşünməyim, yaşam tərzini, gələcəyini düşünməyim. Ən zəif oynayan futbolçunun belə, gələcəyini düşünmüşəm, söhbətləşmişəm. Səbəb olaraq bunu ortaya atmıram. İnsanların müəyyən yaş vaxtı olur, onda futbolçu daha möhkəm, xarakterli olmalıdır. Elvin ÇL-də turun oyunçusu oldu. Futbolçulara hər zaman deyirəm, bir oyun o demək deyil ki, missiyan tamamlandı. Bu, “Qarabağ” klubudur. 1-2 oyun udursan, bir xal sənə mane olur. O demək deyil ki, ÇL-də 3 oyun yaxşı oynamışam, vacib matçda intizamsızlıq edim. Bağışlanmağa gəldikdə, proses davam edir. Digər klublar məni düzgün başa düşsün, bəlkə hansısa klubda nəyəsə göz yummaq olar. Amma klubun adı “Qarabağ”dırsa, buna göz yuma bilmərik” Qurbanov “Elvin Cəfərquliyevi bağışlamaq olar” sualını belə cavablandırıb: “Hələ ki bilmirəm. Bu günə kimi bağışlaya-bağışlaya gəlmişik. Özümüz də bu yolu keçmişik, özümüz də futbolçu kimi səhv etmişik, cərimələnmişik. Bundan nəticə çıxarmışıq. Oyunçular ayrı-ayrılıqda bu cür rəqiblərə qarşı, bu cür yükün altına girməyi düşünmürlər ki, bizi qarşıda hansı vacib oyunlar gözləyir. Məğlubiyyətdən sonra sənin yaşam tərzin necədir? Çox detallar var. İlk hal deyil, bəzi oyunçuları cərimələmişik. Qarşıdakı gedişata baxacağıq. Çox futbolçunu bu günə qədər bağışlamışıq” “Qarabağ”ın Elvin Cəfərquliyevi transferə çıxardığı barədə xəbərlər yayılır. Bizdə olan məlumata görə, klub bu məsələdə tələsmir. Elvinlə bağlı qərar verilməsə də, Abbas Hüseynovun Ağdam klubundan ayrılacağı dəqiqləşib. Onun mövsümün sonunda başa çatacaq müqaviləsi yenilənməyəcək Elvinlə bağlı məsələ isə maya qədər bağlanıb. Futbolçu əvəzedici heyətin baş məşqçisi, sabiq komana yoldaşı Maksim Medvedevin ixtiyarındadır. O, komanda ilə məşqlərə çıxır, oyunlarda da iştirak edəcək. Mövsümün sonunda isə Cəfərquliyevin taleyinə tam aydınlıq gələcək Sonda xatırladaq ki, Abbas Hüseynov Qurban Qurbanovun qardaşı Musa Qurbanovun kürəkənidir Müəllif: Heybət Məmmədov Ulduz hücumçu nəhənglərin hədəfində Gənc ulduzdan "Real"dakı gələcəyi ilə bağlı müəmmalı açıqlama: Qoy belə də olsun Qapıçı aranı qatdı, oyunda kütləvi dava düşdü - VİDEO Məşhur yarışda dəhşətli anlar: 27 avtomobil toqquşdu - VİDEO "Real"da növbəti gərginlik: Futbolçular onu təcrid edib, yeni lider seçdilər Tanınmış modelin Corcina ilə heyrətamiz oxşarlığı: Ona görün nələr təklif ediblər - FOTOLAR Benzin və dizellə bağlı qərar: 200 manatdan 1 manata endirildi Qlobal bazarda təşviş: Ehtiyatlar kəskin azalır, qiymətlər artır Qəbələdə İlham Əliyevin adından Andrey Babişin şərəfinə rəsmi lanç verildi Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək Makronun Türkiyəyə qarşı ittifaqı Yunanıstanı silkələdi: Ölkə müharibəyə sürüklənir "Neftçi" azarkeşlərinin Qurban Qurbanova qarşı nalayiq davranışına Musadan reaksiya May ayının istirahət günləri açıqlandı

Kaynak: publika.az

Diğer Haberler