Tenqri
Ana Səhifə
Dünya

Elnurə Duyşekeyeva: Bələdiyyələr qlobal dialoqda tərəfdaş olmalıdırlar

İqlim dəyişikliyi və hökumətə inamın azalması hər bir ölkə üçün ciddi problemlərdir "Report" xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində keçirilən Dünya Yerli və Regional Hakimiyyətlər Assambleyasında Bişkek Şəhər Şurasının deputatı Elnurə Duyşekeyeva

0 baxışcaliber.az
Elnurə Duyşekeyeva: Bələdiyyələr qlobal dialoqda tərəfdaş olmalıdırlar
Paylaş:

İqlim dəyişikliyi və hökumətə inamın azalması hər bir ölkə üçün ciddi problemlərdir "Report" xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində keçirilən Dünya Yerli və Regional Hakimiyyətlər Assambleyasında Bişkek Şəhər Şurasının deputatı Elnurə Duyşekeyeva deyib O bildirib ki, problemlərin həllində əsas məsuliyyət yerli və regional hökumətlərin üzərinə düşür Onun sözlərinə görə, bu gün bələdiyyələr artıq yalnız qərarların icraçısı ola bilməzlər: “Onlar (bələdiyyələr - red.) qlobal dialoqun tamhüquqlu iştirakçılarına, dayanıqlı gələcəyin və çoxsəviyyəli idarəetmənin yeni modelinin formalaşdırılmasında tərəfdaşlara çevrilməlidirlər” O qeyd edib ki, hazırda Qırğızıstan vətəndaşların həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş bir sıra təşəbbüslər həyata keçirir. Bunlara ucuz mənzillərin inkişafı, şəhər infrastrukturunun modernləşdirilməsi, dövlət və bələdiyyə xidmətlərinin rəqəmsallaşdırılması, regionlara dəstək və büdcə prosesinin şəffaflığının artırılması daxildir. “Şəhər və kəndlərin davamlı inkişafına, ekoloji təhlükəsizliyə, əhalinin sosial xidmətlərə çıxış imkanlarının genişləndirilməsinə, o cümlədən dövlət və yerli hakimiyyət orqanları arasında əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirilir”, - Elnurə Duyşekeyeva əlavə edib

Kaynak: caliber.az

Diğer Haberler