Tenqri
Ana Səhifə
Dünya

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir

Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi qələbə nəticəsində Qarabağın işğaldan azad olunması regionun gələcək inkişafı üçün yeni mərhələnin başlanğıcını qoydu. Bu hadisə yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası deyil, eyni zamanda Türk dünyasında strateji əməkdaşlıq və inteqr

0 baxışazertag.az
Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir
Paylaş:

Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi qələbə nəticəsində Qarabağın işğaldan azad olunması regionun gələcək inkişafı üçün yeni mərhələnin başlanğıcını qoydu. Bu hadisə yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası deyil, eyni zamanda Türk dünyasında strateji əməkdaşlıq və inteqrasiya imkanlarının genişlənməsi baxımından da mühüm dönüş nöqtəsi idi AZƏRTAC xəbər verir ki, bunu Şuşada keçirilən Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin Rəqabət Forumunda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov deyib Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir, “Böyük Qayıdış” proqramı çərçivəsində şəhər və kəndlər yenidən qurulur, müasir infrastruktur formalaşdırılır. Bu prosesdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin artan marağı və müxtəlif sahələr üzrə əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir – deyə, o bildirib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler