Elmir Vəlizadə: Qanun layihəsinin əsas mahiyyəti uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunmasıdır
İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin əsas mahiyyəti uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunmasıdır AZƏ

İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin əsas mahiyyəti uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunmasıdır AZƏRTAC xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən ictimai müzakirədə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Elmir Vəlizadə deyib O, bu dəyişikliklərin cəmiyyətimiz üçün çox mühüm olduğuna diqqət çəkib. Sektor müdiri uşaqların zərərli təsirlərdən qorunmasının ölkəmiz və cəmiyyətimiz üçün çox böyük əhəmiyyət kəsb etdiyini bildirərək vurğulayıb: “Sosial şəbəkələr artıq günümüzün reallığıdır. Ancaq təəssüflə qeyd etməliyik ki, uşaqların belə platformalardan istifadə etmələri onları hələ yetkinlik yaşına çatmadan müəyyən zərərli təsirlərə məruz qoyur. Xüsusilə yaşına, qavrama və qərar vermək qabiliyyətinə uyğun olmayan məqamlarla qarşılaşan uşaqlar hər hansı qanunazidd davranışa sövq edilə bilər. Hətta onlara qarşı təsiredici hallar ola bilər” Elmir Vəlizadə əlavə edib ki, uşaqları bu kimi hallardan qorumaq üçün təklif olunan qanun layihəsi olduqca mühüm əhəmiyyət daşıyır 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

Türkmənistan Kənd Təsərrüfatı İnstitutunun müəllimləri “Fotoqrafiyada elm” və “Elmdə uğur – 2026” beynəlxalq müsabiqələrinin laureatlarıdır

Elmir Vəlizadə: Qanunun əsas mahiyyəti uşaqların sosial şəbəkələrdə zərərli təsirlərdən qorunmasından ibarətdir
