Elçin Qasımov: Slovakiya və Azərbaycan iqtisadiyyat sahəsində böyük sənədlər paketi imzalayacaq - EKSKLÜZİV
Slovakiya Prezidenti Peter Pelleqrininin Bakıya səfəri çərçivəsində Azərbaycan və Slovakiya iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönəlmiş sənədlər paketi imzalamağı planlaşdırır Bu barədə "Report"a Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov bildirib "Hazırda Slovakiya Prezidentinin rəsm

Slovakiya Prezidenti Peter Pelleqrininin Bakıya səfəri çərçivəsində Azərbaycan və Slovakiya iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönəlmiş sənədlər paketi imzalamağı planlaşdırır Bu barədə "Report"a Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov bildirib "Hazırda Slovakiya Prezidentinin rəsmi səfəri çərçivəsində də bir sıra layihələr nəzərdən keçirilir. Buna görə də məhz iqtisadi əməkdaşlıq üçün bir çox sənədlər imzalamağı planlaşdırırıq", - səfir qeyd edib Azərbaycan qazının tədarükü üzrə 10 illik müqaviləyə dair danışıqlar məsələsinə münasibət bildirən səfir qeyd edib ki, hazırda danışıqlar Slovakiyanın dövlət qaz şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında ekspertlər səviyyəsində aparılır O həmçinin qeyd edib ki, birgə iri layihələrdən biri Slovakiya şirkətlərinin iştirakı ilə Qarabağda kəndin salınmasıdır: "Əlbəttə ki, müdafiə sənayesi sahəsində əməkdaşlığımız da genişlənir" Xatırladaq ki, Slovakiya Prezidenti Peter Pelleqrini iyulda Azərbaycana səfər etməyi planlaşdırır Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


