Tenqri
Ana Səhifə
Dünya

Elektron ticarət bəyannamələrinin təqdim olunması qaydası dəyişdi

İyunun 1-dən etibarən elektron ticarət bəyannamələrinin təqdim olunması qaydasında dəyişiklik qüvvəyə minib. Yeni qaydalara əsasən, artıq identifikasiya nömrəsi (FİN və parol) ilə sistemə daxil olaraq "Elektron Ticarət Bəyannaməsi" xidmətindən istifadə mümkün olmayacaq. Artıq vətəndaşlar 3 müxtəlif

0 baxış525.az
Elektron ticarət bəyannamələrinin təqdim olunması qaydası dəyişdi
Paylaş:

İyunun 1-dən etibarən elektron ticarət bəyannamələrinin təqdim olunması qaydasında dəyişiklik qüvvəyə minib. Yeni qaydalara əsasən, artıq identifikasiya nömrəsi (FİN və parol) ilə sistemə daxil olaraq "Elektron Ticarət Bəyannaməsi" xidmətindən istifadə mümkün olmayacaq. Artıq vətəndaşlar 3 müxtəlif elektron identifikasiya növündən birini seçərək xidmətdən yararlana biləcəklər Elektron ticarət üzrə mütəxəssis Nicat Manafovun sözlərinə görə, əvvəllər başqa şəxslərin adına açılmış profillərin şifrə və parollarından istifadə etməklə onların adından məhsul sifariş etmək mümkün idi. Lakin yeni qaydalara əsasən, bu, artıq mümkün olmayacaq: "Yeni sistem, xüsusilə, yaşlı nəsil üçün bəyannamə prosesində müəyyən çətinliklər yarada bilər. Bununla belə, zaman keçdikcə istifadəçilərin yeni qaydalara uyğunlaşacağı gözlənilir" Bu addım gömrük xidmətlərinin daha təhlükəsiz, şəffaf və beynəlxalq standartlara uyğun şəkildə fəaliyyət göstərməsinə imkan yaradacaq: "Yeni qaydalar ilk növbədə istifadəçi identifikasiyasının daha güclü və etibarlı mexanizmlərlə təmin olunmasına, eyni zamanda elektron ticarət əməliyyatlarında saxtakarlıq, üçüncü şəxslərin müdaxiləsi və məlumat sızması risklərinin azaldılmasına xidmət edir" İqtisadçı ekspert Xalid Kərimlinin dediyinə görə, gömrük bağlamalarının bəyan edilməsi ilə bağlı qaydalar gömrük öhdəliklərinin təmin olunmasında alternativ alətlərin tətbiqini mümkün edir. Bu da vətəndaşlar üçün maliyyə çevikliyi yaradır. Eyni zamanda, ödənişlərin üçüncü şəxslər tərəfindən həyata keçirilməsi hüquqi plüralizmə şərait yaradır və sosial dəstək sisteminin hüquqi təzahürü kimi çıxış edir. Bundan əlavə, gömrük idarələrinin fəaliyyətində risk əsaslı yanaşmanın tətbiqi sayəsində vətəndaşlara qarşı əsassız nəzarət və müdaxilələrin qarşısı alınır. Bu isə həm şəffaflığın artırılmasına, həm də vətəndaş məmnuniyyətinin yüksəlməsinə xidmət edir İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, yeni qaydalar xaricdən mal alınmasını çətinləşdirəcək: "ASAN İmza və yaxud da SİMA-nı telefona yükləmək o qədər də çətin deyil. Amma yaşlı insanlar var ki, bundan istifadə etməkdə çətinlik çəkə bilərlər. Əvvəllər daha rahat idi. Bunu çətinləşdirirlərsə, deməli, xaricdən sifarişlərin azaldılması yönündə addımların atılmasını düşünürlər. Bu da ölkədən valyuta çıxışını zəiflətməyə yönəlmiş addımlardır ki, daha az valyuta ölkədən çıxsın. Amma nəzərə almaq lazımdır ki, bu tələb yerindəcə qalır. Xaricdən niyə insanlar mal alır? Çünki daha ucuz başa gəlir. Yerli pərakəndə satış mağazalarında məhsullar daha bahadır. Ona görə də insanlar xaricə üz tuturlar və problemin kökü oradadır. Amma Azərbaycanda rəsmi orqanlar müəyyən çətinlik yaratmaqla bu problemi həll edəcəyini düşünürlərsə, yanılırlar. Bu problemin köklü həlli başqadır. Yerli istehsal artırılmalı, yerli pərakəndə satışın onlayn ticarətlə rəqabətə davam gətirməsi üçün daha çevik davranmalıdırlar və s. Ona görə də bu qərar müəyyən çətinliklər yaradacaq, amma insanlarımız belə məsələlərə də tez öyrəşirlər. İndi kimsə bacarmasa, qohumu, tanışı, övladı vasitəsilə belə tətbiqlərdən istifadə etməyi öyrənəcək" İqtisadçının dediyinə görə, pərakəndə satışla məşğul olan şirkətlər onlayn platformalarla rəqabət aparmağı bacarmalıdır: "Sifarişlərin bu qədər artmasının əsas səbəbi yerli pərakəndə satış mağazalarında qiymətlərin baha olmasıdır. İnsanlar xaricdən alış-verişi daha sərfəli hesab edirlər. Pərakəndə satışla məşğul olan şirkətlər anlamalıdırlar ki, artıq onlayn ticarət dövründə yaşayırıq və bu reallığa uyğunlaşmalı, onlayn platformalarla rəqabət aparmağı bacarmalıdırlar. Yəni məhdudiyyətlər tətbiq etməklə deyil, normal rəqabətli mühitdə fəaliyyət göstərməlidirlər" İqtisadçı ekspert Akif Nəsirli hesab edir ki, bu qərar qısa müddətdə xaricdən onlayn sifarişlərin həcminə müəyyən dərəcədə təsir edə bilər: "Çünki FİN kod və parolla sistemə daxil olmağa öyrəşmiş bəzi istifadəçilər üçün ASAN İmza, SİMA və ya myGov/QR-a keçid əlavə vaxt və texniki uyğunlaşma tələb edəcək. Bu isə xüsusən nadir hallarda xaricdən sifariş verən şəxsləri müvəqqəti olaraq çəkindirə bilər" Lakin ekspert qeyd edib ki, uzunmüddətli baxımdan bu dəyişiklik prosesin daha təhlükəsiz, şəffaf və vahid sistem üzərindən aparılmasına xidmət edəcək: "Hesab edirəm ki, istifadəçilər yeni identifikasiya üsullarına uyğunlaşdıqca sifariş həcminin əvvəlki səviyyəsinə qayıtması, hətta artması da mümkündür"

Kaynak: 525.az

Diğer Haberler