Elektrik avtomobillərin artması sığorta bazarına necə təsir edir?
Elektrik avtmobillərin ölkəmizə xüsusilə son vaxtlar intensiv daxil olması həm avtomobil parkının yenilənməsi, həm də avtonəqliyyat sığortası bazarlarının böyüməsi baxımından yüksək əhəmiyyətə malikdir. Məsələn, Azərbaycan Respublikası Mərkəzi Bankının ən son açıqladığı və 2026-cı ilin yanvar-mart a

Elektrik avtmobillərin ölkəmizə xüsusilə son vaxtlar intensiv daxil olması həm avtomobil parkının yenilənməsi, həm də avtonəqliyyat sığortası bazarlarının böyüməsi baxımından yüksək əhəmiyyətə malikdir. Məsələn, Azərbaycan Respublikası Mərkəzi Bankının ən son açıqladığı və 2026-cı ilin yanvar-mart aylarını əhatə edən sığorta icmalının nəticələrinə görə, hesabat dövründə könüllü avtomobil sığortası (Kasko) növü üzrə yığımlar 16,7 milyon manat təşkil edib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon manat çoxdur Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, hesabat dövründə analoji böyümə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə də qeydə alınıb “Belə ki, cari ilin birinci rübündə avto-icbari sığorta növü üzrə toplanan sığorta haqları 40,7 milyon manat təşkil edib ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 milyon manat çoxdur. ASA-dan bildirilib ki, adı çəkilən sığorta növləri üzrə təmin olunmuş sığorta haqlarındakı artımı formalaşdıran səbəblərdən biri də ölkəyə yeni daxil olmuş elektromobillərlə bağlıdır”, - deyə məlumatda bildirilir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


