İndi yalnız diplomatiyada ən azı 10 il işləmiş şəxslər səfir təyin olunur
Qırğızıstanın xarici ölkələrdə səfiri olmaq üçün namizədin diplomatiya sahəsində ən azı on il iş təcrübəsi olmalıdır. Bu tələblər prezident Sadır Japarovun iyunun 4-də imzaladığı “Qırğızıstan Respublikasının diplomatik xidməti haqqında qanuna dəyişiklik edilməsi haqqında” qanunda yazılıb Buna əsas

Qırğızıstanın xarici ölkələrdə səfiri olmaq üçün namizədin diplomatiya sahəsində ən azı on il iş təcrübəsi olmalıdır. Bu tələblər prezident Sadır Japarovun iyunun 4-də imzaladığı “Qırğızıstan Respublikasının diplomatik xidməti haqqında qanuna dəyişiklik edilməsi haqqında” qanunda yazılıb Buna əsasən, Qırğızıstanın xaricdəki səfiri vəzifəsinə ən azı 10 il müvafiq iş təcrübəsi olan - diplomatik xidmət orqanlarında, prezident administrasiyasının şöbələrində və beynəlxalq əməkdaşlıq məsələlərinə xidmət edən Joqorku Keneş aparatında işləyən Qırğızıstan vətəndaşları təyin ediləcək. Eyni zamanda, ölkənin inkişafında xidmətləri olan vətəndaşların da səfir vəzifəsinə namizədliyi prezidentə təklif oluna bilər. Dəyişikliyə əsasən, indi Qırğızıstanın xarici işlər naziri konsulları prezidentin razılığı ilə təyin edir və ya işə götürür. Bundan əlavə, prezident konsulluq nizamnaməsini təsdiq edir və dövlət orqanlarının xarici siyasətdə əməkdaşlığının qaydalarını müəyyən edir. Sənəd həm də diplomatik heyətin məsuliyyətini gücləndirir. Zəruri hallarda diplomatik rütbədən məhrumetmə imkanı da nəzərdə tutulur. Bildirilib ki, “Diplomatik xidmət haqqında” qanuna edilən dəyişikliklər diplomatiya sahəsinin təkmilləşdirilməsinə və kadr tələblərinin gücləndirilməsinə yönəlib Qırğızıstanın xaricdəki səfiri vəzifəsinə müvafiq təcrübəsi və peşəsi olmayan şəxslərin təyin edilməsi ictimaiyyətdə müxtəlif müzakirələrə səbəb olub. Əvvəllər müxalifətdə olan siyasətçilərin, hakimiyyət dəyişikliyində əməyi olduğu deyilən jurnalistlərin, müavinlərin səfirlik postlarına təyin edilməsi halları çox olub. (ZKo)


