Elşad Ərşadoğlu: Aktyor obrazın daxilinə səyahət edib, onu yaşamalıdır
Film elə məhsuldur ki, hazır olana qədər və hazır olduqdan sonra müxtəlif mərhələlərdən keçir. Ekran əsəri ilk olaraq festival həyatı yaşamalıdır. Buna görə də əvvəlcə mövzuya uyğun festivallar seçiləcək və film həmin festivallara göndəriləcək. Film mayda Azərbaycan Respublikası Kino Agentliyinə (AR

Film elə məhsuldur ki, hazır olana qədər və hazır olduqdan sonra müxtəlif mərhələlərdən keçir. Ekran əsəri ilk olaraq festival həyatı yaşamalıdır. Buna görə də əvvəlcə mövzuya uyğun festivallar seçiləcək və film həmin festivallara göndəriləcək. Film mayda Azərbaycan Respublikası Kino Agentliyinə (ARKA) təhvil veriləcək, ilin sonunda isə tamaşaçılara təqdim olunması planlaşdırılır AZƏRTAC xəbər verir ki, bunu “İşıq” filminin rejissoru və ssenaristi Elşad Ərşadoğlu deyib O qeyd edib ki, “İşıq” filminin çəkilişləri zamanı hava şəraiti tez-tez dəyişib. “Məsələn, qəbiristanlıq səhnəsini çəkməli idik, bir gün dumanlı, digər gün isə günəşli hava olurdu. Çöl çəkilişlərini bitirib ev səhnələrini sonraya saxlamışdıq. Bir neçə dəfə aktyorlarla görüşmüşdük, amma mən dialoqların əzbərlənməsinin tərəfdarı deyiləm. Aktyor obrazın daxilinə səyahət edib, onu yaşamalıdır. Bizim aktyorlar peşəkardır. Ümumiyyətlə, ssenarini yazmağa başlayanda artıq konkret aktyoru nəzərdə tuturam və ssenarini onun xarakterinə uyğun qururam. Bu da kastinq prosesini asanlaşdırır və vaxt itkisinin qarşısını alır”,-deyə rejissor əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


