Tenqri
Ana Səhifə
Dünya

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərclərinə görə kompensasiya ödəniləcək - PREZİDENT FƏRMANI

Azərbaycan Prezidenti İlham Əliyev qeyri-neft və qaz məhsullarının ixracının dəstəklənməsi ilə bağlı mikro, kiçik və orta sahibkarlıq subyektlərinin gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsinin ödənilməsini nəzərdə tutan əlavə tədbirlər haqqında fərman imzalayıb Sənədə əsasən, mikro, kiçik

0 baxışhaqqin.az
İxracatçılara gömrük rəsmiləşdirilməsi xərclərinə görə kompensasiya ödəniləcək - PREZİDENT FƏRMANI
Paylaş:

Azərbaycan Prezidenti İlham Əliyev qeyri-neft və qaz məhsullarının ixracının dəstəklənməsi ilə bağlı mikro, kiçik və orta sahibkarlıq subyektlərinin gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsinin ödənilməsini nəzərdə tutan əlavə tədbirlər haqqında fərman imzalayıb Sənədə əsasən, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə məxsus ixracatçılara ixrac gömrük proseduru altında aparılan yerli mənşəli malların gömrük rəsmiləşdirilməsinə görə ödədikləri gömrük rüsumlarına görə kompensasiya ödəniləcək Kompensasiya ixrac edilən məhsulun növündən və təyinat ölkəsindən asılı olaraq müəyyən ediləcək müəyyən edilmiş maksimum məbləğlər nəzərə alınmaqla dövlət büdcəsindən ödəniləcək İxrac rəsmiləşdirilməsi xərclərinin kompensasiyası şəklində dəstək ixracatçının müraciəti əsasında İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçiriləcək. Həmin müddət ərzində ixrac gömrük proseduru altında yerləşdirilmiş mallara münasibətdə ödənişlər müvafiq rüb bitdikdən sonra həyata keçiriləcəkdir Bu halda ixrac edilən malların mənşəyi onların yerli istehsalını təsdiq edən mənşə sertifikatı ilə təsdiq olunacaq Fərmanda həmçinin qeyd edilir ki, kompensasiya dəstəyi yalnız faktiki ixrac edilən mallara şamil ediləcək Bundan başqa, kompensasiya mexanizminin qüvvədə olduğu müddətdə qeyri-neft və qaz məhsullarının ixracı zamanı, o cümlədən gömrük nəzarəti, gömrük müşayiəti və malların saxlanması üçün alınan gömrük rüsumlarının məbləğinin artırılmasına yol verilmir

Kaynak: haqqin.az

Diğer Haberler