Çinin ABŞ-a ixracı 10 faizdən çox azalıb
Yanvar-aprel aylarında Çin və ABŞ arasında ticarətin həcmi illik müqayisədə 10,4% azalaraq 179,2 milyard dollar təşkil edib Bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat yayıb Dərc edilmiş məlumatlara görə, hesabat dövründə Çinin ABŞ-a ixracı 10,2% azalaraq 133,44 milyard dollara

Yanvar-aprel aylarında Çin və ABŞ arasında ticarətin həcmi illik müqayisədə 10,4% azalaraq 179,2 milyard dollar təşkil edib Bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat yayıb Dərc edilmiş məlumatlara görə, hesabat dövründə Çinin ABŞ-a ixracı 10,2% azalaraq 133,44 milyard dollara çatıb. Amerika məhsullarının Çinə idxalı 10,9% azalaraq 45,76 milyard dollar təşkil edib. Nəticədə Çin 87,68 milyard dollarlıq müsbət saldo qeydə alıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9,6% azdır Lakin apreldə Çin-Amerika ticarət dövriyyəsi, əksinə, mart ayı ilə müqayisədə 20% artaraq 50,45 milyard dollara çatıb. Çindən ABŞ-a ixrac 24,8% artaraq 36,76 milyard dollar, ABŞ-dan idxal isə 8,5% artaraq 13,69 milyard dollar təşkil edib Çin ABŞ-dan soya, pambıq və qarğıdalı, mikroçiplər, yolsuzluq avtomobilləri, kokslaşan kömür, mis və mis filizi idxal edir. Amerika tərəfi Çindən smartfonlar, sadələşdirilmiş gömrük rəsmiləşdirilməsi ilə aşağı qiymətli mallar, kompüterlər, litium-ion batareyalar, uşaq oyuncaqları, plastik məhsullar, təhlükəsizlik kameraları, məişət texnikası, geyim, ayaqqabı və s 2024-cü ildə Çin və ABŞ arasında ticarət 3,7% artıb, 2025-ci ildə isə 18,7% azalaraq 559,74 milyard dollar olub


