Tenqri
Ana Səhifə
Dünya

Ekspert: Yeni Fərmanla sahibkarlar regionlarda fəaliyyət göstərməyə stimullaşdırılır

Prezident İlham Əliyevin ötən gün imzaladığı sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman iş adamlarını regionlarda fəaliyyət göstərməyə stimullaşdırmaq məqsədi daşıyır Bu sözləri AZƏRTAC-a

0 baxışazertag.az
Ekspert: Yeni Fərmanla sahibkarlar regionlarda fəaliyyət göstərməyə stimullaşdırılır
Paylaş:

Prezident İlham Əliyevin ötən gün imzaladığı sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman iş adamlarını regionlarda fəaliyyət göstərməyə stimullaşdırmaq məqsədi daşıyır Bu sözləri AZƏRTAC-a açıqlamasında maliyyəçi-ekspert Namiq Hüseynov deyib “Fərmana əsasən, 2030-cu ilin sonuna qədər biznes kreditlərinə dövlət dəstəyi pilot layihə kimi Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla ölkənin digər ərazilərində tətbiq ediləcək. Bu da zəruridir. Çünki, son illər paytaxtda və onun ətrafında iqtisadi aktivlik ölkənin regionları ilə müqayisədə nəzərəçarpacaq dərəcədə yüksəlib. Hazırda təminat və faiz subsidiyası mexanizmlərinə Bakı və Abşerondan kənarda daha çox ehtiyac var. Bu da istər-istəməz sahibkarlarda regionlara yatırım etməyə maraq yaradacaq”, - deyə o qeyd edib Ekspertin sözlərinə görə, Fərmanda daha bir maraqlı məqam biznes kreditlərinə dövlət dəstəyi ilə bağlı səlahiyyətlərin “Azərbaycan Biznesinin İnkişafı Fondu” ASC-yə (ABİF) verilməsidir “Bu qurum 5 il bundan əvvəl İqtisadiyyat Nazirliyinin tabeliyindəki Sahibkarlığın İnkişafı Fondu və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin bazasında yaradılıb, onun sahibkarlarla işləmək, biznes layihələrini təhlil etməklə bağlı böyük təcrübəsi var. Səlahiyyətlərin ABİF-ə verilməsi təminat və faiz subsidiyası mexanizmlərinin daha səmərəli tətbiq edilməsinə hesablanıb”, – deyə N.Hüseynov əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler