Tenqri
Ana Səhifə
Dünya

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Azərbaycanın startap potensialına inanıram. Ona görə inanıram ki, Azərbaycan artıq ən vacib şeyi sübut edib: dövlət mürəkkəb prosesləri sadələşdirmək istəyəndə işlək və sistemli həllər yarada bilir Bunun ən yaxşı nümunəsi Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İ

0 baxışazertag.az
Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH
Paylaş:

Azərbaycanın startap potensialına inanıram. Ona görə inanıram ki, Azərbaycan artıq ən vacib şeyi sübut edib: dövlət mürəkkəb prosesləri sadələşdirmək istəyəndə işlək və sistemli həllər yarada bilir Bunun ən yaxşı nümunəsi Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – “ASAN xidmət”dir. Bir vaxtlar vətəndaşın dövlət xidmətləri ilə əlaqəsi mürəkkəb, ləng və pərakəndə idi. Sonra “bir pəncərə” prinsipi yarandı və çox şey dəyişdi. İnsanlar aydın marşrut, şəffaf proses, sürət, etibar və nəticə əldə etdilər. Hazırda startap ekosistemində əsas problemlərdən biri koordinasiya çatışmazlığıdır. Bu gün mənim fikrimcə, Azərbaycanın startap ekosisteminə öz “ASAN” modeli lazımdır Bu fikirləri AZƏRTAC-a açıqlamasında süni intellektəsaslı media texnologiyaları və rəqəmsal biznes transformasiyası sahəsində ixtisaslaşmış sahibkar və texnologiyalar üzrə ekspert Teymur Kuseba səsləndirib “Azərbaycanda startaplara dəstək üçün kifayət qədər resurs ayrılır. Müxtəlif dövlət qurumları və təşkilatlar qrantlar, investisiyalar və digər imkanlar təqdim edir. Lakin bu imkanlar vahid sistem daxilində əlaqələndirilmir. Nəticədə eyni istiqamətdə təkrarlanan fəaliyyətlər yaranır və resurslardan tam səmərəli istifadə olunmur”, – deyə o bildirib Ekspertin fikrincə, startaplar üçün “bir pəncərə” prinsipi əsasında fəaliyyət göstərən vahid platformanın yaradılması ekosistemin daha səmərəli işləməsinə şərait yaradar “ASAN xidmət” modeli buna yaxşı nümunədir. Startaplar üçün də oxşar yanaşma tətbiq oluna bilər. Sahibkar bir dəfə qeydiyyatdan keçər, məlumatlarını təqdim edər və sonradan müxtəlif dövlət və özəl proqramlara həmin vahid sistem üzərindən çıxış əldə edər. Bu, həm vaxt itkisini azaldar, həm də prosesləri sadələşdirər”, – deyə T.Kuseba qeyd edib Ekspert hesab edir ki, qanunvericilikdə “startap” anlayışının dəqiq müəyyənləşdirilməsi də vacib məsələlərdən biridir “Bu gün bazarda müxtəlif yanaşmalar mövcuddur. Bəzən böyük şirkətlər və ya uzun illər fəaliyyət göstərən qurumlar da özlərini startap kimi təqdim edirlər. Halbuki startap innovasiya və yeni həllər üzərində qurulan biznes modelidir. Dövlət səviyyəsində startap anlayışının və ona tətbiq olunan meyarların müəyyənləşdirilməsi vacibdir”, – deyə o bildirib T.Kusebanın vurğulayıb ki, “yerli startap” anlayışı da ayrıca hüquqi çərçivədə müəyyən edilməlidir “Xarici startapın Azərbaycanda nümayəndəlik açması müsbət haldır. Lakin yerli innovasiya məhsulları yaradan şirkətlərə ayrıca diqqət ayrılmalıdır. Çünki məhz onlar ölkənin ixrac potensialının artırılmasına, texnologiya məhsullarının beynəlxalq bazarlara çıxarılmasına və milli innovasiya ekosisteminin inkişafına töhfə verirlər”, – deyə ekspert vurğulayıb Onun fikrincə, süni intellekt, robot texnologiyaları və startap ekosistemi ilə bağlı hüquqi və institusional mexanizmlərin təkmilləşdirilməsi Azərbaycanın innovasiya sahəsində rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verə bilər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler