Tenqri
Ana Səhifə
Siyasət

Ekspert: Enerji siyasəti ölkənin iqtisadi gücünü formalaşdırıb - ŞƏRH

Azərbaycanın müstəqilliyinin ilk illərində ölkədə baş verən proseslər, sovet sisteminin dağılması və yeni iqtisadi modelə keçid zərurəti qarşıya ciddi çağırışlar qoyurdu. Bazar iqtisadiyyatı və kapitalist münasibətləri şəraitində fəaliyyət göstərmək üçün bir sıra fundamental amillərin mövcudluğu vac

0 baxışazertag.az
Ekspert: Enerji siyasəti ölkənin iqtisadi gücünü formalaşdırıb - ŞƏRH
Paylaş:

Azərbaycanın müstəqilliyinin ilk illərində ölkədə baş verən proseslər, sovet sisteminin dağılması və yeni iqtisadi modelə keçid zərurəti qarşıya ciddi çağırışlar qoyurdu. Bazar iqtisadiyyatı və kapitalist münasibətləri şəraitində fəaliyyət göstərmək üçün bir sıra fundamental amillərin mövcudluğu vacib idi. Bu amillərin ən vaciblərindən biri isə kapitalın, yəni maliyyə resurslarının təmin olunması idi AZƏRTAC xəbər verir ki, bu fikirləri iqtisadi-ekspert Cəfər İbrahimli Prezident İlham Əliyevin enerji siyasəti ilə bağlı səsləndirdiyi fikirləri şərh edərkən bildirib Onun sözlərinə görə, hər hansı ölkənin geniş torpaq ehtiyatları, insan kapitalı və digər resursları ola bilər, lakin iqtisadiyyatın tam gücü ilə işləməsi və inkişaf etməsi üçün kapital əsas tamamlayıcı faktorlardan biridir. Ekspert qeyd edib ki, Azərbaycanın enerji resurslarından düzgün istifadə etməsinin əsas əhəmiyyəti də məhz burada ortaya çıxır “Azərbaycan müstəqillik əldə etdikdən sonra dünyanın transmilli şirkətlərinin ölkəyə cəlb olunması, beynəlxalq enerji layihələrinin reallaşdırılması və qlobal iqtisadi sistemə inteqrasiya prosesi yeni iqtisadi modelə keçidi sürətləndirdi. Bu proses nəticəsində ölkəyə daxil olan kapital və maliyyə resursları iqtisadiyyatın digər sahələrinin inkişafına da ciddi təkan verdi. Enerji layihələrindən əldə olunan vəsaitlər təkcə iqtisadi sahələrə deyil, eyni zamanda, təhsil, mədəniyyət, sosial infrastruktur və müdafiə sahələrinin inkişafına yönəldildi. Bu vəsaitlər iqtisadiyyat daxilində zəncirvari təsir yaradaraq müxtəlif istiqamətlərdə inkişaf proseslərini sürətləndirdi. Əslində iqtisadiyyatın çarxları müəyyən mənada dayanmış vəziyyətdə idi və onları yenidən hərəkətə gətirmək üçün kapitala ehtiyac var idi. Enerji layihələri hesabına formalaşan maliyyə imkanları bu prosesi təmin etdi”, – deyə ekspert vurğulayıb Cəfər İbrahimli bildirib ki, həmin dövrdə dünya təcrübəsinin öyrənilməsi və neft gəlirlərinin birbaşa xərclənməyərək Dövlət Neft Fondunda toplanması da mühüm strateji qərarlardan biri idi: “Fonda toplanan vəsaitlərin ehtiyac yarandıqca dövlət büdcəsinə yönəldilməsi, iqtisadiyyatın tələblərinə uyğun şəkildə müxtəlif sahələrə investisiya qoyulması uzunmüddətli inkişaf üçün mühüm zəmin formalaşdırdı. Bu yanaşma dünya praktikasının düzgün öyrənilməsinin nəticəsi idi. Fonda yığılan vəsaitlərin iqtisadiyyatın ehtiyaclarına uyğun şəkildə yönəldilməsi büdcə imkanlarını gücləndirdi, iqtisadi fəallığı artırdı və müxtəlif sektorların inkişafına şərait yaratdı” Ekspert vurğulayıb ki, enerji gəlirlərinin mühüm nəticələrindən biri də müdafiə və hərbi sənaye potensialının gücləndirilməsi olub “Hərbi sahəyə yönəldilən investisiyalar Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasına və son nəticədə ölkənin ərazi bütövlüyünün təmin edilməsinə mühüm töhfə verib. Bu prosesin ən böyük nəticəsi Azərbaycanın dövlət suverenliyinin tam təmin olunmasıdır. Əgər ölkənin kifayət qədər maliyyə resursları və iqtisadi imkanları formalaşmasaydı, müdafiə potensialının gücləndirilməsi və işğal altında olan torpaqların azad olunması daha çətin ola bilərdi. Enerji resurslarından əldə olunan vəsaitlər sonrakı mərhələdə sahibkarlığın, kənd təsərrüfatının və sənaye sektorunun inkişafına da yönəldilib. Vaxt keçdikcə iqtisadiyyatın müxtəlif sahələrində optimallaşdırma prosesləri həyata keçirilir ki, bu da resursların daha səmərəli idarə olunmasına və ölkənin inkişaf potensialının daha da artırılmasına xidmət edir”, – deyə iqtisadi ekspert vurğulayıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler

Hünärmen: Energetika syýasaty ýurduň ykdysady kuwwatyny emele getirdi - SÖENTGI | Tenqri