Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli xarakter daşıyan bir bölgədir - Azərbaycan ilə dostluq və qardaşlıq əlaqələri, Gürcüstan ilə mehriban qonşuluq siyasəti əsas götürülür. Türkiyə də həm region dövlətləri, həm də Mərkəzi Asiya üçün önəmli dövlətdir Bu sözləri Türkiyənin “Haber 365” media

Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli xarakter daşıyan bir bölgədir - Azərbaycan ilə dostluq və qardaşlıq əlaqələri, Gürcüstan ilə mehriban qonşuluq siyasəti əsas götürülür. Türkiyə də həm region dövlətləri, həm də Mərkəzi Asiya üçün önəmli dövlətdir Bu sözləri Türkiyənin “Haber 365” media qrupunun rəhbəri, siyasi ekspert Yakub Aslan AZƏRTAC-a açıqlaması zamanı deyib Onun sözlərinə görə, Asiyadan Avropaya keçən bütün nəqliyyat dəhlizləri bu ölkələrin ərazisindən keçir “Müasir dövrümüzdə Avrasiyanın müxtəlif bölgələrində davam edən hərbi münaqişələr iqtisadi çətinliklər meydana gətirib. Yeni dünya düzənin formalaşması zamanı əməkdaşlıq bloklarının yaranması zəruridir. Bu baxımdan Türkiyə, Gürcüstan və Azərbaycan xarici işlər nazirlərinin İstanbulda görüşü və görüşün nəticəsi olaraq Bəyannamənin qəbul edilməsi region üçün əlamətdar siyasi hadisədir. Sənəddə dövlətlərin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına güclü və birmənalı dəstəyi bir daha təsdiq edilib. Regional və qlobal çağırışları dəf etmək üçün güclü üçtərəfli əməkdaşlığın əhəmiyyəti vurğulanıb, regionun potensialının tam reallaşdırılması məqsədilə regional sülh, təhlükəsizlik və sabitliyin əhəmiyyəti qeyd edilib Bəyannamədə ölkələrin tranzit potensialının gücləndirilməsi istiqamətində atdığı mühüm addımların rolu vurğulanıb. Gürcüstanın Axalkalaki Beynəlxalq Dəmir Yolu Stansiyasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində modernləşdirmə işlərinin başa çatması münasibətilə keçirilən tədbiri alqışlanıb. Sənəddə yaşıl enerjinin nəqli və ticarəti məqsədli interkonnektorlardan istifadə də daxil olmaqla, bu tərəfdaşlığın davam etdirilməsinə və daha da genişləndirilməsinə tam dəstək bir daha təsdiqlənib”, - deyə Yakub Aslan əlavə edib Region dövlətlərinin zamanın yeni çağırışlarına hazırlaşdığını deyən ekspert Asiya ilə Avropa arasında yerləşən region dövlətlərinin ticarət yollarının inkişafı üçün az iş görmədiyini qeyd edib: “Azərbaycanın Çin və Mərkəzi Asiyadan tranzit yükləri qəbul edib Gürcüstan və Türkiyə vasitəsilə Avropaya ötürməsi üçün böyük infrastruktur yaratması heç də sadə məsələ deyildi. Türkiyənin iqtisadi və siyasi imkanları, Gürcüstanın isə fəal tranzit tərəfdaşı olması əməkdaşlıq əlaqələrinin genişlənməsinə böyük zəmin yaradır” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


