Tenqri
Ana Səhifə
Dünya

Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır

Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır. Gəlmə turizmi baxımından sektor artıq mövsümi fəaliyyət modelindən çıxaraq ilboyu turistlərə xidmət göstərmək imkanına malikdir. Bununla belə, yay mövsümündə turist axınının və səyahət seçimlərinin artması xidmətlərin həcminin də genişlənməsini zəru

0 baxışazertag.az
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
Paylaş:

Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır. Gəlmə turizmi baxımından sektor artıq mövsümi fəaliyyət modelindən çıxaraq ilboyu turistlərə xidmət göstərmək imkanına malikdir. Bununla belə, yay mövsümündə turist axınının və səyahət seçimlərinin artması xidmətlərin həcminin də genişlənməsini zəruri edir Bunu AZƏRTAC-a açıqlamasında turizm üzrə ekspert Kənan Hənifəyev söyləyib O qeyd edib ki, paytaxtda turizm infrastrukturu və xidmət sektoru qonaqların qəbuluna tam hazır vəziyyətdədir. “Regionlarda isə vəziyyət bir qədər fərqlidir. Yay mövsümünə xidmət göstərən bir sıra iaşə və istirahət obyektlərinin iyunun ortalarından etibarən tam fəaliyyətə başlaması gözlənilir. Ümumilikdə isə ölkənin yay turizm mövsümünə hazır olduğunu demək mümkündür. Turist sayının artması bu prosesi daha da sürətləndirə bilər. Həftə sonları yerli turistlərin və xarici qonaqların hesabına regionlara ənənəvi turist axını müşahidə olunur. Son illərdə xüsusilə idman və ekstremal turizm növlərinə marağın artması daxili turizmin inkişafına da müsbət təsir göstərib”, - deyə Kənan Hənifəyev əlavə edib Mövsümün məhsuldar keçməsinə təsir edə biləcək amillərdən birinin də qeyri-sabit hava şəraiti olduğunu diqqətə çatdıran ekspert deyib: “Günəşli günlərin az olması bəzi səfərlərin təxirə salınmasına və ya turizm xidmətlərinin fəaliyyətində müəyyən çətinliklərin yaranmasına səbəb ola bilər. Eyni zamanda, il ərzində keçiriləcək maraqlı tədbirlər və beynəlxalq idman yarışları həm yerli, həm də xarici turistlərin diqqətini cəlb edən əsas amillərdən biridir. Bu tədbirlərin ölkəmizə turist axınını artıracağına və turizm xidmətlərindən istifadənin genişlənməsinə müsbət təsir göstərəcəyinə böyük ümid bəsləyirik” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler