Ekspert: Azərbaycan geosiyasi dəyişikliklər dövründə Avropanın əsas enerji tərəfdaşına çevrilir
Qlobal enerji sisteminin miqyaslı transformasiyası fonunda Azərbaycan enerji təchizatının şaxələndirilməsi məsələlərində Avropa İttifaqının əsas tərəfdaşlarından biri kimi statusunu tədricən möhkəmləndirir Bu barədə italyan politoloq, Avropa Araşdırmaları Proqramının direktoru Stefano Braqiroli AZƏ

Qlobal enerji sisteminin miqyaslı transformasiyası fonunda Azərbaycan enerji təchizatının şaxələndirilməsi məsələlərində Avropa İttifaqının əsas tərəfdaşlarından biri kimi statusunu tədricən möhkəmləndirir Bu barədə italyan politoloq, Avropa Araşdırmaları Proqramının direktoru Stefano Braqiroli AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında bildirib Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi və qlobal ittifaqların tədricən yenidən nəzərdən keçirilməsi fonunda Bakı ilə Brüssel arasında enerji əməkdaşlığı xüsusilə aktualdır. Ekspert vurğulayıb ki, TANAP və TAP kimi infrastruktur layihələri artıq Avropaya yeni qaz təchizatı arxitekturasını formalaşdırır “Azərbaycan qazı Rusiya həcmlərini tam əvəz edə bilməsə də, onun əhəmiyyəti rəqəmlərdən kənara çıxır - söhbət davamlı və çevik enerji təchizatı sisteminin yaradılmasından gedir. Yaşıl keçid kontekstində məhz belə etibarlı tərəfdaşlar Avropaya enerji şokları riski olmadan uzunmüddətli hədəflərə doğru irəliləməyə imkan verir”, - deyə Stefano Braqiroli qeyd edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


