Ekspert: “Ağıllı şəhər” layihələrində kiberdayanıqlılıq əsasdır
“Ağıllı şəhər” və “ağıllı kənd” modellərində əsas məsələ sadəcə sistemi qorumaq deyil. Burada söhbət ondan gedir ki, sistem hücuma məruz qalsa belə dayanmasın və işləməyə davam etsin. Çünki bu cür mühitlərdə nəqliyyat, enerji, su və digər xidmətlər bir-biri ilə bağlıdır və birində problem olsa, digə

“Ağıllı şəhər” və “ağıllı kənd” modellərində əsas məsələ sadəcə sistemi qorumaq deyil. Burada söhbət ondan gedir ki, sistem hücuma məruz qalsa belə dayanmasın və işləməyə davam etsin. Çünki bu cür mühitlərdə nəqliyyat, enerji, su və digər xidmətlər bir-biri ilə bağlıdır və birində problem olsa, digərlərinə də təsir edir. Ona görə də klassik “hücum oldu – qarşısını alaq” yanaşması kifayət etmir. Yeni yanaşma kiberdayanıqlılığa əsaslanır. Sistem elə qurulmalıdır ki, insident zamanı özünü avtomatik bərpa edə bilsin. Məsələn, şəbəkənin seqmentlərə bölünməsi hücumun yayılmasının qarşısını alır, süni intellektəsaslı sistemlər isə şübhəli fəaliyyətləri real vaxtda aşkar edərək insan müdaxiləsi olmadan proseslərin davamlılığını təmin edir. Məqsəd riskləri tam sıfırlamaq deyil, onların təsirini minimuma endirməkdir Bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) üzvü, “CYBERSIGN” MMC-nin direktoru Elvin Axundov deyib E.Axundov bildirib ki, müasir ekosistemlərdə nəqliyyat, enerji, su təchizatı və digər kritik xidmətlər bir-biri ilə sıx bağlıdır. Bu zəncirin bir halqasında yaranan problem bütün şəhər infrastrukturuna mənfi təsir göstərə bilər: Ekspert vurğulayıb ki, kibertəhlükələrin transsərhəd xarakteri beynəlxalq qaydaların tətbiqini qaçılmaz edir. Bu baxımdan Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən müəyyən olunan prinsiplər ölkələr üçün mühüm yol xəritəsidir “Burada vacib məsələ beynəlxalq qaydaların tətbiqidir. Bu gün kibertəhlükələr sərhəd tanımır və xüsusilə kritik infrastrukturlar hədəf olur. Buna görə BMT tərəfindən müəyyən olunan prinsiplər ölkələr üçün yol xəritəsi rolunu oynayır. Bu prinsiplər deyir ki, dövlətlər kritik sistemləri qorumalı, bir-birinə zərər verməməli və kiberməkanda məsuliyyətli davranmalıdır. Bu qaydalar praktik olaraq ölkə daxilində strategiyalara daxil edilməli, şəhər idarəetmə sistemlərində standart kimi tətbiq olunmalı və dövlətlə özəl sektor arasında əməkdaşlıq gücləndirilməlidir. Yəni bu, sadəcə nəzəri yanaşma deyil, real sistemlərin necə qurulacağını müəyyən edən əsas yanaşma rolunu oynayır. Qısaca desək, gələcəyin şəhərlərində əsas məsələ texnologiya qurmaq deyil. Əsas məsələ həmin texnologiyanın dayanıqlı və təhlükəsiz işləməsini təmin etməkdir”, - deyə Elvin Axundov bildirib AKTA rəsmisi vurğulayıb ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) kimi beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi həm Azərbaycanın rəqəmsal inkişaf potensialını göstərir, həm də kibertəhlükəsizlik sahəsində qlobal təcrübənin ölkəyə gəlməsinə imkan yaradır. Bu isə uzunmüddətli perspektivdə həm təhlükəsizlik səviyyəsinin artmasına, həm də yerli mütəxəssislərin inkişafına birbaşa təsir edir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

SpaceX-ə qarşı qrup davası: Evlərimizə ziyan dəydi - Kıbrıs Qəzeti - Kıbrıs News, KKTC Son Dəqiqə və Gündəm Xəbərləri

Tokayev AEK fəaliyyətinin əsas istiqamətləri üzrə hesabatı dinləyib
