Tenqri
Ana Səhifə
Dünya

Eşitmə məhdudiyyətli şəxslərin II Mədəniyyət Festivalı inklüziv cəmiyyətin inkişafına töhfə verəcək

Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında eşitmə məhdudiyyətli şəxslərin II Mədəniyyət Festivalı keçirilib. Festival inklüziv səhnə nömrələri, musiqi çıxışları və rəqs kompozisiyaları təqdim edən 100-ə yaxın uşaq və gənci bir araya gətirib AZƏRTAC xəbər verir ki, festival Məd

0 baxışazertag.az
Eşitmə məhdudiyyətli şəxslərin II Mədəniyyət Festivalı inklüziv cəmiyyətin inkişafına töhfə verəcək
Paylaş:

Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında eşitmə məhdudiyyətli şəxslərin II Mədəniyyət Festivalı keçirilib. Festival inklüziv səhnə nömrələri, musiqi çıxışları və rəqs kompozisiyaları təqdim edən 100-ə yaxın uşaq və gənci bir araya gətirib AZƏRTAC xəbər verir ki, festival Mədəniyyət Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, həmçinin “Ümid var” İnklüziv Yaradıcılıq Birliyinin, “Uşaqların Xoşbəxt Gələcəyi”, “Eşitmə və nitq məhdudiyyətli şəxslərə sosial yardım” və “Karlara Dəstək” ictimai birliklərinin dəstəyi ilə təşkil olunub Festivalın əsas məqsədi eşitmə məhdudiyyətli şəxslərin yaradıcılıq potensialını üzə çıxarmaq, onların incəsənət və mədəniyyət sahəsində bacarıqlarını nümayiş etdirmək, eləcə də inklüziv cəmiyyətin formalaşmasına töhfə verməkdir Tədbir eşitmə məhdudiyyətli rəssam və fotoqrafların əsərlərindən ibarət sərgi, həmçinin əl işlərinin təqdimatı ilə başlayıb Festival çərçivəsində ilk dəfə olaraq Azərbaycanda Dövlət Akademik Musiqili Teatrın Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” əsərinin motivləri əsasında hazırladığı “Paris Notr-Dam kilsəsinə ithaf” tamaşasından bir parça təqdim olunub. Tamaşa teatrın peşəkar aktyorları ilə yanaşı, eşitmə məhdudiyyətli şəxslərin iştirakı ilə işarə dili vasitəsilə nümayiş etdirilir Proqramda Xalq artistləri Alim Qasımov və Zülfiyyə Xanbabayeva da musiqi nömrələri ilə çıxış ediblər Qeyd edək ki, eşitmə məhdudiyyətli şəxslərin II Mədəniyyət Festivalının məqsədi cəmiyyətin bütün üzvlərini bir araya gətirmək və müxtəlif bacarıqlara malik insanların ölkənin mədəni və bədii həyatında iştirak etmək üçün bərabər imkanlara malik olduğunu nümayiş etdirməkdir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler