EIA gələn il üçün Azərbaycanda neft hasilatı proqnozunu açıqlayıb
EIA gələn il üçün Azərbaycanda neft hasilatı proqnozunu açıqlayıb ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2027-cı il üçün orta gündəlik neft hasilatını 540 min barel səviyyəsində proqnozlaşdırır "Report" xəbər verir ki, bu barədə EIA "Qısamüddətli enerji

EIA gələn il üçün Azərbaycanda neft hasilatı proqnozunu açıqlayıb ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2027-cı il üçün orta gündəlik neft hasilatını 540 min barel səviyyəsində proqnozlaşdırır "Report" xəbər verir ki, bu barədə EIA "Qısamüddətli enerji perspektivi" adlı hesabatın aprel ayı üzrə açıqladığı məlumatda qeyd edilib 2027-ci il üçün neft hasilatı proqnozu qurumun mart proqnozu ilə müqayisədə eyni qalıb Gələn ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 550 min barel olacağı gözlənilir ki, bu da mart ayında verilən proqnozla müqayisədə eynidir 2027-ci ilin ikinci rübündə Azərbaycanda gündəlik neft hasilatı 540 min barel təşkil edəcək. Bu da qurumun ötən ay açıqladığı proqnozla müqayisədə eynidir Agentlik, həmçinin 2027-ci ilin üçüncü və dördüncü rüblərində Azərbaycanda orta gündəlik neft hasilatının 530 min barel olacağını proqnozlaşdırır. Bu, qurumun ötən ay açıqladığı proqnozla müqayisədə eynidir Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


