Misir Azərbaycanla su təchizatı sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir - Rəsmi (Eksklüziv)
BAKI, Azərbaycan, 17 may. Misir Azərbaycanla su təchizatı, kanalizasiya və mənzil tikintisi sahələrində əməkdaşlığı gücləndirməkdə maraqlıdır, - Misirin Mənzil, Kommunal Təsərrüfat və Şəhər İcmaları Nazirliyinin Təlim və Şəhər Araşdırmaları İnstitutunun (TUSİ) direktoru Tarek Əl-Şeyx Bakıda keçirilə

BAKI, Azərbaycan, 17 may. Misir Azərbaycanla su təchizatı, kanalizasiya və mənzil tikintisi sahələrində əməkdaşlığı gücləndirməkdə maraqlıdır, - Misirin Mənzil, Kommunal Təsərrüfat və Şəhər İcmaları Nazirliyinin Təlim və Şəhər Araşdırmaları İnstitutunun (TUSİ) direktoru Tarek Əl-Şeyx Bakıda keçirilən WUF13 tədbiri çərçivəsində Trend-ə bildirib ki O, əvvəlcə forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətini təbrik edib, 2024-cü ildə əvvəlki Ümumdünya Şəhər Forumunun Qahirənin ev sahibliyi etdiyini, bundan sonra tədbirin təşkili üçün estafetin Azərbaycana keçdiyini qeyd edib "Mən Azərbaycan hökumətini və foruma ev sahibliyi edən təşkilatları möhtəşəm təşkilinə görə yüksək qiymətləndirirəm. Təqdim olunan sessiyaların müxtəlifliyi və keyfiyyəti xüsusilə təsir edicidir", - o vurğulayıb Misir nümayəndəsi Bakının memarlığının, tarixi irsinin, sakinlərinin qonaqpərvərliyinin onda güclü təəssürat yaratdığını qeyd edib. Onun sözlərinə görə, forum çərçivəsində şəhər modelləşdirməsi, ictimai məkanın idarə edilməsi, dayanıqlı nəqliyyat, gənclərin şəhər proseslərinə cəlb edilməsi üzrə maraqlı təcrübələr təqdim olunur Tarek Əl-Şeyx əlavə edib ki, Azərbaycan ilə Misir arasında müxtəlif əməkdaşlıq formaları artıq mövcuddur və hər iki tərəf onları daha da genişləndirmək niyyətindədir O vurğuladı ki, Cənub-Cənub əməkdaşlığı çərçivəsində dərin texniki təcrübə mübadiləsi xüsusilə su təchizatı, kanalizasiya və “hamı üçün mənzil” proqramı sahələrində xüsusi maraq doğurur "Misirin müxtəlif səviyyələrdə təcrübəsi var. Düşünürəm ki, Azərbaycanın da öz effektiv modelləri və uğurlu təcrübələri var. Bilik və təcrübə mübadiləsi hər iki tərəf üçün faydalı ola bilər", - deyə Misir nümayəndəsi yekunlaşdırıb

