EFES-2026 təliminin iştirakçıları dənizdən sahil hücumu tapşırığını yerinə yetiriblər (VİDEO)
BAKI, Azərbaycan, 16 may. Türkiyədə keçirilən EFES-2026 çoxmillətli birgə təlim zamanı növbəti tapşırıqlar uğurla yerinə yetirilib. Bu barədə Trend ə Azərbaycan Müdafiə Nazirliyindəki mənbə bildirib Təlim planına uyğun olaraq iştirakçı ölkələrin hərbi qulluqçuları dənizdən sahil hücumu həyata keçir

BAKI, Azərbaycan, 16 may. Türkiyədə keçirilən EFES-2026 çoxmillətli birgə təlim zamanı növbəti tapşırıqlar uğurla yerinə yetirilib. Bu barədə Trend ə Azərbaycan Müdafiə Nazirliyindəki mənbə bildirib Təlim planına uyğun olaraq iştirakçı ölkələrin hərbi qulluqçuları dənizdən sahil hücumu həyata keçirib Sürətli qayıqlarda olan qruplar imitasiya edilmiş düşmənin sahil boyu yerləşən mövqelərinə yaxınlaşıb. Güclü atəş dəstəyi altında onlar daha sonra sahilə çıxdılar, mühəndislik maneələrini dəf etdilər və müdafiə mövqelərini sürətlə zərərsizləşdirdilər Səmərəli aparılan əməliyyat nəticəsində sahil zolağı tam təmizlənib, amfibiya qüvvələrinin enişi üçün təhlükəsiz şərait yaradılıb

