Edson Alvaresin yeni komandası bəlli olub
"Fənərbaxça" mövsümün əvvəlində böyük ümidlərlə heyətinə icarəyə götürdüyü meksikalı yarımmüdafiəçi Edson Alvareslə yollarını ayırır. Sarı-göylərin rəhbərliyi təcrübəli futbolçunun alış variantından istifadə etməmək qərarına gəlib və bu vəziyyəti futbolçunun nümayəndələrinə çatdırıb Mövsümün əvvəl

"Fənərbaxça" mövsümün əvvəlində böyük ümidlərlə heyətinə icarəyə götürdüyü meksikalı yarımmüdafiəçi Edson Alvareslə yollarını ayırır. Sarı-göylərin rəhbərliyi təcrübəli futbolçunun alış variantından istifadə etməmək qərarına gəlib və bu vəziyyəti futbolçunun nümayəndələrinə çatdırıb Mövsümün əvvəli transfer dövründə yarımmüdafiəyə müqavimət əlavə etmək üçün transfer edilən Alvares İstanbul macərasında gözlənilən stabilliyi əldə edə bilmədi. "Fənərbaxça" rəhbərliyi futbolçunun yüksək xərcli alış opsiyasını aktivləşdirməmək qərarına gəlib Gələcəyi maraq doğuran 28 yaşlı oyunçunun ayrılıq xəbərləri ilə eyni vaxtda transfer iddiaları da aydınlaşmağa başlayıb. Meksika mətbuatında yer alan xəbərə görə; Ölkəsinə qayıtmaq arzusunda olan Alvares Liga MX komandalarından biri olan "Tigres"lə prinsipial razılığa gəlib Edson bu mövsüm bütün turnirlərdə 18 matçda iştirak edib və 1 məhsuldar ötürmə edib


