AYİB növbəti dəfə Bank Republic-i Azərbaycanın ən fəal emitent bankı kimi tanıyıb
Bank Republic Avropa Yenidənqurma və İnkişaf Bankının Ticarətin Asanlaşdırılması Proqramı (TFP) çərçivəsində 2025-ci ilin yekunlarına əsasən “Azərbaycanın Ən Fəal Emitent Bankı” kimi tanınıb. Bu mükafat bankın ticarətin maliyyələşdirilməsi sahəsində yüksək nəticələrinin və beynəlxalq bazarda etibarl

Bank Republic Avropa Yenidənqurma və İnkişaf Bankının Ticarətin Asanlaşdırılması Proqramı (TFP) çərçivəsində 2025-ci ilin yekunlarına əsasən “Azərbaycanın Ən Fəal Emitent Bankı” kimi tanınıb. Bu mükafat bankın ticarətin maliyyələşdirilməsi sahəsində yüksək nəticələrinin və beynəlxalq bazarda etibarlı tərəfdaş statusunun növbəti beynəlxalq təsdiqi oldu Mükafatlandırma mərasimi AYİB Rəhbərlər Şurasının Latviyanın paytaxtı Riqada keçirilən illik iclası çərçivəsində baş tutub. Qeyd edək ki, “Bank Republic” artıq dördüncü ildir ki, bu mötəbər mükafata layiq görülür Əldə edilmiş nəticə Bank Republic-in beynəlxalq maliyyə institutları ilə güclü tərəfdaşlığının, eləcə də ticarətin maliyyələşdirilməsi komandasının ardıcıl və peşəkar fəaliyyətinin nəticəsidir. Eyni zamanda, bu mükafat Azərbaycanın beynəlxalq və regional ticarətdə artan rolunun, eləcə də ölkənin bank sektorunun potensialının gücləndirilməsinin sübutu sayıla bilər Bank Respublika biznes subyektləri və korporativ müştərilər üçün ticarətin maliyyələşdirilməsi sahəsində müasir məhsul və xidmətlər təklif etməkdə davam edir. Bank ölkə iqtisadiyyatının davamlı inkişafını təşviq etməyi, biznesin beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirməyi və xarici ticarət əlaqələrini gücləndirməyi strateji prioritetləri sırasına daxil edir


