“E-huquqshunas” hüquq məlumat portalının təqdimatı olub - FOTO
Hüquq və İnsan Haqları İnstitutunun təşkilatçılığı ilə www. E-huquqshunas.az hüquq məlumat portalının rəsmi təqdimat mərasimi keçirilib APA xəbər verir ki, təqdimatda bildirilib ki, saytın əsas fəaliyyət fəlsəfəsini hüququn aliliyinin təşviqi, hüquqi savadlılığın artırılması, demokratik dəyərlərin

Hüquq və İnsan Haqları İnstitutunun təşkilatçılığı ilə www. E-huquqshunas.az hüquq məlumat portalının rəsmi təqdimat mərasimi keçirilib APA xəbər verir ki, təqdimatda bildirilib ki, saytın əsas fəaliyyət fəlsəfəsini hüququn aliliyinin təşviqi, hüquqi savadlılığın artırılması, demokratik dəyərlərin inkişafına dəstək verilməsi və hüquqi maarifləndirmə vasitəsilə cəmiyyətin inkişafına töhfə verilməsi təşkil edir İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə çıxışında yeni platformanın əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, “E-huquqshunas” saytı hüquq sahəsində mövcud olan məlumatların sistemli, dolğun təqdim olunmasına geniş imkanlar yaradacaq: "Müasir dövrün tələblərinə uyğun hazırlanmış bu platforma hüquqi informasiyanın operativ, etibarlı və dolğunluğunu təmin edən innovativ bir resurs kimi çıxış edəcək. “E-huquqshunas” yalnız informasiya platforması deyil, eyni zamanda hüquqi biliklərin vahid məkanda cəmləndiyi müasir intellektual mühitdir. Portalın istifadəyə verilməsi hüquqi məlumatların əlçatanlığının artırılması istiqamətində atılmış mühüm addım olmaqla yanaşı, hüquqşünaslar, dövlət qurumları və bu sahənin mütəxəssisləri arasında məlumat mübadiləsinin daha səmərəli təşkilinə, qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə və ölkədə hüquqi ekosistemin daha çevik və inteqrasiya olunmuş şəkildə inkişafına güclü təkan verəcək" Azərbaycan Respublikasının Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri Araz Poladov isə İnstitutun hüquqi maarifləndirmə sahəsində həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyətləri, eləcə də yaratdığı zəngin hüquqi resursları yüksək qiymətləndirərək vurğulayıb ki, təqdim olunan yeni portal bu təşəbbüslərin məntiqi davamıdır: "Belə layihələr hüquqi informasiyanın daha geniş auditoriyaya çatdırılmasını və vətəndaşların hüquqi məlumatlara çıxış imkanlarını genişləndirir" Qeyd edək ki, portal Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin təşəbbüsü ilə yaradılıb və onun tabeliyində fəaliyyət göstərən Hüquq və İnsan Haqları İnstitutu tərəfindən idarə olunur Təqdimat zamanı iştirakçılara portalın funksionallığı, istifadə imkanları və gələcək inkişaf istiqamətləri barədə ətraflı məlumat təqdim olunub Tədbirdə Azərbaycan Respublikasının Prezident Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis, Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası, Konstitusiya Məhkəməsi, Ombudsman Aparatı, Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Vəkillər Kollegiyası, həmçinin media qurumlarının nümayəndələri iştirak ediblər. Bununla yanaşı, ali təhsil müəssisələrinin hüquq fakültələrinin professor-müəllim heyəti və peşəkar hüquqşünaslar da tədbirə qatılıblar Təqdimat çərçivəsində qonaqlar portalın fəaliyyəti ilə bağlı fikir və təkliflərini bölüşərək onun gələcək inkişaf perspektivlərini müzakirə ediblər


