Ceyhun Bayramov Braziliyanın yeni səfirini qəbul edib - FOTO
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyunun 4-də Braziliya Federativ Respublikasının yeni təyin olunmuş səfiri Bernard Klinqli qəbul edib Bu barədə Day.Az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib Görüşdə səfir Bernard Klinql etimadnaməsinin surətlərini nazir Ce

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyunun 4-də Braziliya Federativ Respublikasının yeni təyin olunmuş səfiri Bernard Klinqli qəbul edib Bu barədə Day.Az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib Görüşdə səfir Bernard Klinql etimadnaməsinin surətlərini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri yeni təyinatı münasibətilə təbrik edib və ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb Tərəflər Azərbaycan ilə Braziliya arasında mövcud dostluq və əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Siyasi dialoqun, qarşılıqlı səfərlərin və məsləhətləşmələrin intensivləşdirilməsinin ikitərəfli əlaqələrin daha da genişlənməsinə töhfə verdiyi vurğulandı Görüşdə ticarət, investisiya, enerji, kənd təsərrüfatı, turizm, aviasiya, təhsil, mədəniyyət, idman, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Azərbaycan və Braziliya arasında ticarət və investisiya sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun fəaliyyəti, iqtisadi əlaqələrin inkişafı sahəsində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. İki ölkə arasında hüquqi bazanın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb Tərəflər həmçinin beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı çərçivəsində əməkdaşlıq məsələlərini, çoxtərəfli diplomatiya sahəsində qarşılıqlı fəaliyyət imkanlarını müzakirə ediblər. Bu kontekstdə iqlim gündəmi və ÇNL prosesləri üzrə nümunəvi əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd edilib Görüş zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

