Tenqri
Ana Səhifə
Siyasət

Ceyhun Bayramov UNEP-in icraçı direktoru ilə danışıqlarda - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen ilə görüşüb Bu barədə Day.Az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib Görüşdə Azərbaycan ilə UNEP arasında əməkdaşlıq gündəliyi

0 baxışday.az
Ceyhun Bayramov UNEP-in icraçı direktoru ilə danışıqlarda - FOTO
Paylaş:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen ilə görüşüb Bu barədə Day.Az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib Görüşdə Azərbaycan ilə UNEP arasında əməkdaşlıq gündəliyi, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi ilə mübarizə, biomüxtəlifliyin qorunması və davamlı inkişaf məsələləri ətrafında fikir mübadiləsi aparılıb Nazir Ceyhun Bayramov Azərbaycanın qlobal iqlim fəaliyyətinə verdiyi töhfə, COP29 çərçivəsində ölkədə əldə olunan nəticələr, o cümlədən yaşıl enerjiyə keçid və ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verib. UNEP-in rəhbəri İnger Andersen Azərbaycanın iqlim gündəliyinin təşviqinə, beynəlxalq əməkdaşlığın və ətraf mühit sahəsində çoxtərəfli səylərin təşviqinə verdiyi töhfəni yüksək qiymətləndirib Tərəflər COP29 irsinin təşviqi, iqlimin maliyyələşdirilməsi, dayanıqlı şəhərlər, tullantıların idarə olunması, su ehtiyatlarının və biomüxtəlifliyin qorunması sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər. UNEP ilə Azərbaycan arasında birgə layihələrin və praktiki qarşılıqlı fəaliyyətin genişləndirilməsinin vacibliyi vurğulanıb Görüşdə Ümumdünya Ətraf Mühit Gününün Azərbaycanda keçirilməsinin əhəmiyyəti də qeyd olunub, bununla bağlı qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub Nazir Ceyhun Bayramov işğal zamanı Azərbaycan ərazilərində ətraf mühitə dəymiş ciddi ziyan, o cümlədən meşələrin kütləvi qırılması, təbii sərvətlərin qanunsuz istismarı, su mənbələrinin çirklənməsi və ekoloji tarazlığın pozulması barədə məlumat verib. Eyni zamanda, mina təhlükəsinin insanların təhlükəsizliyinə, ətraf mühitə, bərpa və yenidənqurma prosesinə yaratdığı maneələrə diqqət çəkilib Xəzər dənizinin səviyyəsinin aşağı düşməsindən narahatlığını bildirən nazir Ceyhun Bayramov bu prosesin regionun ekosisteminə, biomüxtəlifliyinə, sahilyanı ərazilərə və iqtisadi fəaliyyətə mənfi təsirinə diqqət çəkib. O, problemin həlli üçün regional və beynəlxalq əməkdaşlığın, sübuta əsaslanan yanaşmaların və birgə səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb. UNEP-in hazırladığı “Xəzər dənizinin səviyyəsinin dəyişməsi və iqlim dəyişikliyi” hesabatının faydalılığı qeyd edilib Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

Kaynak: news.day.az

Diğer Haberler

Jeýhun Baýramow, UNEP - FOTO-nyň ýerine ýetiriji direktory bilen gepleşiklerde | Tenqri