Ceyhun Bayramovla Abbas Əraqçı arasında telefon danışığı olub
İyunun 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı olub Bu barədə Day.Az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib Telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli mü
.jpg&w=2048&q=70)
İyunun 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı olub Bu barədə Day.Az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib Telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli münasibətləri çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, o cümlədən regiondakı mövcud vəziyyət və təhlükəsizlik məsələləri müzakirə edilib İranlı nazir İran ətrafında gedən danışıqlar prosesi və son vəziyyət haqqında ətraflı məlumat verib. Nazir Ceyhun Bayramov regional sabitliyin qorunması baxımından diplomatik səylərin vacibliyini vurğulayıb Tərəflər, həmçinin ikitərəfli və regional gündəliyin digər məsələləri və son proseslər ətrafında müzakirələr aparıblar Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin
Diğer Haberler

Sözcü yazarı Öztürk: Özəlin yeni partiya qurmaq səyləri sakitcə irəliləyir; Partiyanın adı 'İstiqlal Partiyası' olacaq | T24

Adalar Bələdiyyəsi haqqında maliyyə araşdırması başladıldı | T24
