Dövlət və icmal büdcələr üzrə gəlirlər proqnozu üstələyib
2026-cı ilin yanvar-aprel aylarında dövlət büdcəsinin icrasında müsbət meyillər davam edib. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 376,6 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb Maliyyə Nazirliyindən AZƏRTAC-a bildiril

2026-cı ilin yanvar-aprel aylarında dövlət büdcəsinin icrasında müsbət meyillər davam edib. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 376,6 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, cari ilin yanvar-aprel ayları ərzində dövlət büdcəsinin gəlirləri 13 milyard 564 milyon manat təşkil edib ki, bu da proqnozu 99 milyon manat və ya 0,7 faiz üstələyib Dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 6 milyard 862,5 milyon manat təşkil edərək proqnozdan 129 milyon manat və ya 1,9 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 2 milyard 32,7 milyon manat təşkil edərək proqnozdan 6,7 milyon manat və ya 0,3 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 18,5 milyon manat təşkil edərək proqnozdan 2,4 milyon manat və ya 14,8 faiz, sair daxilolmalar 141,2 milyon manat təşkil edərək proqnozdan 38,3 milyon manat və ya 37,3 faiz çox, Dövlət Neft Fondundan transfert isə 4 milyard 280 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib. Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 229,1 milyon manat təşkil edərək proqnoza qarşı 74,7 faiz icra olunub Yanvar-aprel ayları ərzində dövlət büdcəsinin xərcləri 10 milyard 933,4 milyon manat proqnoza qarşı 10 milyard 531,1 milyon manat məbləğində icra edilib ki, bu da 96,3 faiz təşkil edir 2026-cı ilin yanvar-aprel ayları ərzində icmal büdcənin gəlirləri 16 milyard 2 milyon manat, xərcləri isə 12 milyard 43,4 milyon manat məbləğində icra edilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

Hazırda Özbəkistanda İkinci Dünya Müharibəsi veteranı və onlara bərabər tutulan 60 nəfər yaşayır

Neytrallıq, sanksiyalar və məhbusların taleyi. Ukraynanın Qırğızıstandakı səfiri ilə - müharibə və Orta Asiya ilə əlaqələr haqqında
