Tenqri
Ana Səhifə
Dünya

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir

Dövlət İmtahan Mərkəzində (DİM) inzibati vəzifələrin B növünə aid BB qrupu üzrə dövlət qulluğuna qəbul imtahanı və inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə qrupları üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı keçirilir AZƏRTAC DİM-in rə

0 baxışazertag.az
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir
Paylaş:

Dövlət İmtahan Mərkəzində (DİM) inzibati vəzifələrin B növünə aid BB qrupu üzrə dövlət qulluğuna qəbul imtahanı və inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə qrupları üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı keçirilir AZƏRTAC DİM-in rəsmi saytına istinadla xəbər verir ki, imtahan Bakı və Naxçıvan şəhərlərində kompüterlər vasitəsilə saat 10:00 və 16:00 olmaqla iki növbədə keçirilir. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr həmçinin DİM-in saytında yerləşdiriləcək Dövlət qulluğuna qəbul imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikatı əldə etmək üçün iyunun 8-dən 22-dək DİM-in portalında müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir: Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir İmtahanların nəticələri ilə bağlı Apellyasiya Komissiyası 8, 9 və 10 iyun tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler