Dövlət qulluqçularına işdə smartfondan istifadəyə qadağa qoyuldu
Taliban lideri Heybətullah Axundzadə qruplaşma üzvləri və dövlət qulluqçuları tərəfindən smartfonlardan istifadənin qadağan olunması barədə şifahi göstəriş verib Modern.az xəbər verir ki, bu barədə "KabulNow" və "Afghanistan International" nəşrləri məlumat yayıb Məlumata görə, göstəriş Talibanın f

Taliban lideri Heybətullah Axundzadə qruplaşma üzvləri və dövlət qulluqçuları tərəfindən smartfonlardan istifadənin qadağan olunması barədə şifahi göstəriş verib Modern.az xəbər verir ki, bu barədə "KabulNow" və "Afghanistan International" nəşrləri məlumat yayıb Məlumata görə, göstəriş Talibanın fərmanların icrasına nəzarət və monitorinq departamenti tərəfindən ölkənin səkkiz bölgəsində fəaliyyət göstərən hərbi məhkəmələrə göndərilib Qərarda bildirilir ki, qadağanı pozan şəxslər cinayətkar hesab olunacaq və hərbi məhkəmələrə təhvil veriləcəklər Bununla yanaşı, nəzarət altında olan şəxslərlə bağlı xüsusi siyahı da hazırlanıb. Həmin siyahıya onların adı, vəzifəsi, xidmət yeri, istifadə etdikləri mobil operator və telefon nömrəsi daxil edilir


