Tenqri
Ana Səhifə
Dünya

Dövlət Proqramında 150 min ton əlavə taxıl silolarının qurulması üçün dəstək mexanizmlərinin tətbiqi nəzərdə tutulur

Yeni Dövlət Proqramının əsas istiqamətlərindən biri taxıl siloları və soyuducu anbar infrastrukturunun yaxşılaşdırılmasıdır. İstehsalı artırmaq vacibdir, lakin məhsulu düzgün saxlamaq və bazara düzgün çıxarmaq da bir o qədər önəmlidir AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri kənd təsərrü

0 baxışazertag.az
Dövlət Proqramında 150 min ton əlavə taxıl silolarının qurulması üçün dəstək mexanizmlərinin tətbiqi nəzərdə tutulur
Paylaş:

Yeni Dövlət Proqramının əsas istiqamətlərindən biri taxıl siloları və soyuducu anbar infrastrukturunun yaxşılaşdırılmasıdır. İstehsalı artırmaq vacibdir, lakin məhsulu düzgün saxlamaq və bazara düzgün çıxarmaq da bir o qədər önəmlidir AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Ağcabədi rayonunda keçirilən regional müşavirədə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib Zaur Əliyev bildirib ki, Dövlət Proqramında 150 min ton əlavə taxıl silolarının qurulması üçün dəstək mexanizmlərinin hazırlanması və tətbiqi nəzərdə tutulur. Bu istiqamətdə avadanlıqların qiymətinin 40 faizinə güzəşt, 40-50 faizinə isə kredit faiz subsidiyası tətbiq ediləcək. Soyuducu anbarlar üzrə də 100 min ton əlavə tutumun yaradılması təşviq olunacaq. Burada da avadanlıqların qiymətinin 40 faizinə güzəşt, 40-50 faizinə kredit faiz subsidiyası nəzərdə tutulur. Bu dəstək mexanizmləri həm taxılçılıqda, həm meyvəçilikdə, həm tərəvəzçilikdə, həm də ixracyönümlü məhsul istehsalında böyük əhəmiyyət daşıyır. Məhsulun saxlanması fermerə bazara daha uyğun zamanda çıxmaq imkanı verir. Bu isə gəlirin artmasına, ixracın genişlənməsinə və ərzaq təhlükəsizliyinin güclənməsinə xidmət edir Onun sözlərinə görə, Qarabağ iqtisadi rayonu üçün bu istiqamət xüsusi önəm daşıyır. Regionda taxılçılıq, pambıqçılıq və tərəvəzçilik potensialı var. Bu potensialın dəyərə çevrilməsi üçün saxlama, soyutma, çeşidləmə, qablaşdırma və emal infrastrukturu genişləndirilməlidir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler

Dövlət Proqramında 150 min ton əlavə taxıl silolarının qurulması üçün dəstək mexanizmlərinin tətbiqi nəzərdə tutulur | Tenqri