Tenqri
Ana Səhifə
Dünya

Dövlət Proqramı: Xaricdə təhsildən dayanıqlı karyeraya

Mayın 6-da Gənclər Fondunun dəstəyi, Dövlət Proqramı İdarəetmə Qrupu və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) birgə təşkilatçılığı ilə “Dövlət Proqramı: Xaricdə təhsildən dayanıqlı karyeraya” adlı tədbir keçirilib AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində 100-ə yaxın gəncə Dövl

0 baxışazertag.az
Dövlət Proqramı: Xaricdə təhsildən dayanıqlı karyeraya
Paylaş:

Mayın 6-da Gənclər Fondunun dəstəyi, Dövlət Proqramı İdarəetmə Qrupu və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) birgə təşkilatçılığı ilə “Dövlət Proqramı: Xaricdə təhsildən dayanıqlı karyeraya” adlı tədbir keçirilib AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində 100-ə yaxın gəncə Dövlət Proqramının təqdim etdiyi təhsil imkanları, qəbul şərtləri və karyera perspektivləri barədə ətraflı məlumat, eləcə də proqram məzunları tərəfindən təcrübələrinə əsaslanan tövsiyələr verilib Tədbirin məqsədi ci tədris ili üzrə Dövlət Proqramına müraciət etməyi planlaşdıran gənclərin proqramın qəbul şərtləri, seçim meyarları, Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin gənclərin karyera inkişafındakı rolu barədə ətraflı şəkildə məlumatlandırılması olub Açılış mərasimində ASAP-ın sədri Milana Mir Feyzullazadə, Milli Məclisinin deputatı, ASAP-ın fəxri sədri Fariz İsmayılzadə, Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov, Gənclər Fondunun icraçı direktor müavini Ceyhun Hüseynov və Dövlət Neft Fondunun Strateji layihələr departamentinin rəhbəri Əli Sultanlı çıxış ediblər. Onlar Ümummilli Lider Heydər Əliyevin xaricdə təhsil ənənəsinin indi daha çox ölkələri, ixtisasları və istiqamətləri əhatə etməsi, hər il yüzlərlə azərbaycanlı gəncin Dövlət Proqramı ilə dünyanın nüfuzlu ali təhsil müəssisələrinə təhsilə yollanması, eləcə də xaricdə təhsil alan gənclərin karyera və şəxsi inkişafı, şəbəkələşməsi istiqamətində ASAP-ın rolu barədə danışıblar Rəsmi hissənin ardınca baş tutan panel müzakirədə Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupunun nümayəndələri Vüsalə Niftəliyeva və Aynura Xudaverdiyeva, həmçinin Dövlət Proqramı məzunları - Oksford Universitetində (Böyük Britaniya) dövlət siyasəti ixtisası üzrə magistr dərəcəsi almış Şəbnəm Tağıyeva və Şərqi Finlandiya Universitetində (Finlandiya) insan coğrafiyası ixtisası üzrə doktorantura təhsili almış Firuz Süleymanov iştirak ediblər Panel çərçivəsində Dövlət Proqramının təqdim etdiyi imkanlar, müraciət prosesi və proqramın məzunlar üçün yaratdığı karyera perspektivləri müzakirə olunub və suallar cavablandırılıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler