Dövlət Məşğulluq Agentliyinin sədri Masallıda vətəndaşların müraciətlərini dinləyəcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasovun cari il mayın 8-də Masallı rayonunda vətəndaş qəbulu keçiriləcək Bu barədə 525.az-a Dövlət Məşğulluq Agentliyindən məlumat verilib Bildirilib ki, qəbulda Masallı rayon sak

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasovun cari il mayın 8-də Masallı rayonunda vətəndaş qəbulu keçiriləcək Bu barədə 525.az-a Dövlət Məşğulluq Agentliyindən məlumat verilib Bildirilib ki, qəbulda Masallı rayon sakinlərinin işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, peşə hazırlığı kursları və qurumun fəaliyyətinə dair digər sahələrlə bağlı müraciətləri cavablandırılacaq Qəbula yazılmaq üçün Masallı rayon sakinləri mayın 4-ü saat 14:00-dək telefon nömrəsinə zəng edə və ya https://dma.gov.az/ elektron poçt ünvanına məktub göndərə bilərlər Vətəndaşların qəbulu əvvəlcədən tərtib edilmiş siyahı əsasında həyata keçiriləcək. Şəhid ailəsi üzvləri, müharibə əlilləri, eləcə də digər imtiyazlı şəxslər növbədənkənar qəbul ediləcəklər Qəbul mayın 8-i saat 11:00-dan etibarən Masallı şəhəri, Qarabağ küçəsi 17 ünvanında yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək


