Dövlət Məşğulluq Agentliyi Qarabağ və Şərqi Zəngəzurda səyyar görüşlər keçirib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Xocavənd, Xocalı və Cəbrayıl rayonlarında sakinlərlə, Zəngilanda isə işəgötürənlərlə növbəti səyyar görüşlər keçirilib ƏƏSMN-dən 525.az-a verilən xəbərə görə, sakinlərlə görüşlərdə onların məşğulluq imk

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Xocavənd, Xocalı və Cəbrayıl rayonlarında sakinlərlə, Zəngilanda isə işəgötürənlərlə növbəti səyyar görüşlər keçirilib ƏƏSMN-dən 525.az-a verilən xəbərə görə, sakinlərlə görüşlərdə onların məşğulluq imkanları qiymətləndirilib, peşə bacarıqları, əmək fəaliyyətinə maraqları, məşğulluq ehtiyacları araşdırılıb Agentlik tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri, o cümlədən, işlə təminat, özünüməşğulluq proqramı, peşə hazırlığı kursları və s. barədə ətraflı məlumat verilib “Sakinlərin maraqlarına və əmək bacarıqlarına uyğun iş yerləri ilə təmin edilmələri, özünüməşğulluq proqramına, peşə hazırlığı kursları və digər tədbirlərə cəlb edilmələri üçün ilkin qeydiyyatı aparılıb İşəgötürənlərlə keçirilmiş görüşdə isə işğaldan azad edilmiş ərazilərdə məşğulluğun təminatı istiqamətində görülən birgə işlərdən bəhs olunub. Agentliyin fəaliyyət istiqamətləri, aktiv məşğulluq proqramları, işəgötürənlərlə birgə icra olunan layihələr diqqətə çatdırılıb Əlavə iş yerlərinin yaradılması, məqsədli proqramlar barədə də işəgötürənlər məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb", - məlumatda qeyd olunub
Diğer Haberler

Bacıları etiraf etdi, qətlin üstü 19 ildən sonra açıldı: Sultanın atası onu öldürdü! | T24

Yüksək hərarət, başgicəllənmə və huşunu itirmə... Mütəxəssislərdən bir-birinin ardınca yaranan isti və xəbərdarlıqlar gəldi
