Dövlət Komitəsinin rəsmisi: Vətəndaşlarımız üçün daha uğurlu layihələr həyata keçiriləcək
Səyyar ASAN xidmətin Gürcüstanda fəaliyyət göstərməsi Prezident İlham Əliyevin tapşırıqları əsasında xaricdə yaşayan soydaşlarımızla bağlı həyata keçirilən növbəti layihələrdən biridir AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbərinin mü

Səyyar ASAN xidmətin Gürcüstanda fəaliyyət göstərməsi Prezident İlham Əliyevin tapşırıqları əsasında xaricdə yaşayan soydaşlarımızla bağlı həyata keçirilən növbəti layihələrdən biridir AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbərinin müavini Adil Hüseynov deyib O bildirib ki, bundan əvvəl Türkiyədə yaşayan vətəndaşlarımıza vətəndaş pasportlarının verilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi həyata keçirilib. Bunun davamı olaraq Gürcüstanda yaşayan vətəndaşlarımızın şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi, yenilənməsi, eyni zamanda, sürücülük vəsiqələrinin yenilənməsi kimi proseslər yerinə yetirilib “Müşahidələr göstərir ki, vətəndaşlarımız bu layihədən çox məmnundurlar. İnanıram ki, bundan sonra da bu işlər davam edəcək, dövlətimiz vətəndaşlarımız üçün daha uğurlu layihələrin həyata keçirilməsini təmin edəcək”, – deyə A.Hüseynov vurğulayıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


