Tenqri
Ana Səhifə
Dünya

Dövlət icra məmuru vəzifəsinə qəbul olunmaq istəyən şəxslər iyulun 12-də test imtahanı verəcəklər

Dövlət icra məmuru vəzifəsinə qəbul olunmaq istəyən şəxslər üçün aprelin 17-də elan olunmuş müsabiqə üzrə ərizə qəbulu yekunlaşıb. Bununla əlaqədar, Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, müsabiqədə iştirak edən namizədlərlə test imtahanı iyulun 12-də keçiriləcək Ədliyyə Nazirliyini

0 baxışazertag.az
Dövlət icra məmuru vəzifəsinə qəbul olunmaq istəyən şəxslər iyulun 12-də test imtahanı verəcəklər
Paylaş:

Dövlət icra məmuru vəzifəsinə qəbul olunmaq istəyən şəxslər üçün aprelin 17-də elan olunmuş müsabiqə üzrə ərizə qəbulu yekunlaşıb. Bununla əlaqədar, Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, müsabiqədə iştirak edən namizədlərlə test imtahanı iyulun 12-də keçiriləcək Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda kompüter vasitəsilə keçiriləcək imtahan buraxılış vərəqəsində göstərilən saatda başlanacaq Test imtahanı mərkəz tərəfindən ödənişli əsaslarla keçirilir. Bununla əlaqədar, hər bir namizəd imtahana buraxılış vərəqəsini mərkəzin rəsmi saytında qeydiyyatdan keçməklə və müvafiq vəsaiti ödəməklə əldə etməlidir İmtahanda namizədlərə icra məmurunun fəaliyyətində tətbiq olunan qanunvericiliyə dair 60 sual, məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini, dünyagörüşünü və ünsiyyət bacarıqlarını müəyyən edən 40 sual olmaqla, ümumilikdə 100 sual təqdim ediləcək. Qanunvericilik üzrə hər sual 1 balla, məntiqi nəticələr çıxarmaq qabiliyyəti, ümumi bilik səviyyəsi, dünyagörüşü və ünsiyyət bacarıqları üzrə hər sual 0,5 balla qiymətləndiriləcək. Test imtahanında mümkün 80 baldan 55 və daha artıq bal toplamış namizədlər söhbət mərhələsinə buraxılırlar Qanunvericilik üzrə sualların hazırlanmasında istifadə olunan normativ-hüquqi aktlarla namizədlər linkə daxil olaraq tanış ola bilərlər Qeyd edək ki, "Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 673 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə"nin 1.7.1-1.7.4-cü bəndlərində göstərilən aşağıdakı şəxslər müsabiqənin test imtahanı mərhələsindən azad edilirlər: prokurorluqda və digər hüquq-mühafizə orqanlarında xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə işləyən şəxslər; digər dövlət orqanlarında dövlət qulluğu keçən inzibati vəzifələri tutan şəxslər; hüquq sahəsində elmlər doktoru elmi dərəcəsi olan şəxslər; Müsabiqənin test imtahanı mərhələsindən müvəffəqiyyətlə keçən, habelə həmin imtahandan azad olunmuş və söhbətdə iştirak etmək istəyən şəxslər iyulun 13-dən etibarən “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi Qaydası”nın 2.7-ci bəndində nəzərdə tutulmuş sənədləri 15 iş günü ərzində nazirliyin İnsan resursları idarəsinə təqdim etməlidirlər Təqdim etdiyi sənədlərə görə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə – söhbətə buraxılacaqlar Əlavə məlumat üçün (daxili: 10705, 10713, 10409, 10416) nömrəli telefonla əlaqə saxlamaq olar 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler