Hollandiya səfiri baş nazirin Azərbaycana səfərinə hazırlığın davam etdiyini bildirib (Eksklüziv)
GƏNCƏ, Azərbaycan, 6 iyun. Niderlandın baş naziri və xarici işlər nazirinin Azərbaycana səfərinə hazırlıq gedir O, ölkəsinin Azərbaycanla iqtisadi və siyasi əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib Səfir 10 aya yaxındır ki, Niderlandın Azərbaycandakı yeni səfiri kimi ölkədə fəa
GƏNCƏ, Azərbaycan, 6 iyun. Niderlandın baş naziri və xarici işlər nazirinin Azərbaycana səfərinə hazırlıq gedir O, ölkəsinin Azərbaycanla iqtisadi və siyasi əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib Səfir 10 aya yaxındır ki, Niderlandın Azərbaycandakı yeni səfiri kimi ölkədə fəaliyyət göstərdiyini və bu müddət ərzində iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanların olduğunu müşahidə etdiyini bildirib Onun sözlərinə görə, Niderland Azərbaycanla həm siyasi, həm də iqtisadi sahədə əməkdaşlığın inkişafına dəstək verir. Diplomat Azərbaycan və Ermənistan arasında Avropa İttifaqı çərçivəsində sülh prosesinin gedişini xüsusilə müsbət qiymətləndirdiklərini vurğulayıb "Bu proses regionda əməkdaşlıq üçün yeni imkanlar yaradır və Niderland bu istiqamətdə yüksək səviyyəli səfərlər həyata keçirməyi nəzərdən keçirir. Baş nazirin və xarici işlər nazirinin Azərbaycana səfərinin konkret tarixləri hələ müəyyən edilməyib, lakin bu istiqamətdə hazırlıqlar davam edir", - deyə o bildirib Marianne de Yonq iqtisadi əməkdaşlıq çərçivəsində su təsərrüfatı, kənd təsərrüfatı, nəqliyyat əlaqələri və bərpa olunan enerjinin prioritet sahələr arasında olduğunu bildirib Səfir əlavə edib ki, Niderlanddan nümayəndə heyətləri, o cümlədən əlaqələndirmə üzrə xüsusi nümayəndələr bu yaxınlarda Azərbaycana səfər ediblər və Orta Dəhliz çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib Onun sözlərinə görə, bərpa olunan enerji, xüsusilə külək enerjisi və gələcəkdə yaşıl hidrogen sahəsində əməkdaşlıq perspektivləri var Diplomat qeyd edib ki, Hollandiya Rotterdam limanını Avropanın əsas hidrogen mərkəzlərindən birinə çevirməyi planlaşdırır və bu baxımdan Azərbaycanla əməkdaşlıq gələcəkdə mümkün istiqamətlərdən biri ola bilər Səfir həmçinin Azərbaycanın hazırda 16 Avropa ölkəsini qazla təmin etdiyini xatırladıb və gələcəkdə bərpa olunan enerjinin ixracı sahəsində əməkdaşlığın genişlənə biləcəyini deyib


