Tenqri
Ana Səhifə
Dünya

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Məktumun qardaşı oğlu Şeyx Səid bin Məktum bin Rəşid Əl-Məktumun keçmiş həyat yoldaşı Zeynəb Cavadlı və üç qızının Dubay polisi tərəfindən qaçırıldığı bildirilir Publika.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Cavadlının vəkili, britaniyalı hüquqşünas Devid

0 baxışpublika.az
Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı
Paylaş:

Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Məktumun qardaşı oğlu Şeyx Səid bin Məktum bin Rəşid Əl-Məktumun keçmiş həyat yoldaşı Zeynəb Cavadlı və üç qızının Dubay polisi tərəfindən qaçırıldığı bildirilir Publika.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Cavadlının vəkili, britaniyalı hüquqşünas Devid Heyq bildirib ki, müvəkkili və uşaqları ilə əlaqə tamamilə kəsilib Onun sözlərinə görə, məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatına təcili müraciət olunub Heyq sonuncu dəfə Zeynəb Cavadlı ilə bir gün əvvəl danışdığını, daha sonra isə bütün rabitənin dayandığını qeyd edib. Vəkil iddia edir ki, Dubay polisi və təhlükəsizlik qüvvələri gecə saatlarında Cavadlının evinə gələrək onu və üç qızını aparıblar Məlumata görə, Cavadlının anası da qızına dəstək olmaq üçün Dubaya gedib. Lakin o, evin bağlı olduğunu görüb və ölkədən çıxışına icazə verilmədiyini bildirib Hadisənin fonunda uzun müddətdir davam edən qəyyumluq mübahisəsinin dayandığı bildirilir. Dubay məhkəməsi iki ay əvvəl verdiyi qərarla Cavadlının üç qızını ataları Şeyx Səidə təhvil verməsini tələb edib. Qərarda zərurət yaranacağı təqdirdə bunun məcburi qaydada icra oluna biləcəyi qeyd olunub Keçmiş azərbaycanlı milli gimnast olan Zeynəb Cavadlı daha əvvəl yayımladığı videomüraciətdə uşaqlarının əlindən alınacağından ehtiyat etdiyini bildirmişdi. O, məhkəmə qərarları səbəbindən evinə basqın ediləcəyi və uşaqlarının zorla aparılacağı barədə xəbərdarlıq aldığını iddia etmişdi Devid Heyq bildirib ki, məsələ ilə bağlı BMT çərçivəsində hüquqi prosedurlar başladılıb və beynəlxalq təşkilatlar vəziyyətə müdaxilə etməyə çağırılıb Dubay polisi və Şeyx Səidin hüquqi nümayəndələri tərəfindən iddialarla bağlı rəsmi açıqlama verilməyib Pilotun faciəli sonu: Su altında rekord cəhdi ölümlə bitdi Rövşən Muradov vəfat etdi İmişlidə güclü yanğın - 2 rayondan dəstək gəldi Yasamalda avtomobil yandı Zəngəzur dəhlizi ilə bağlı saziş imzalandı - Nə vaxt işə düşəcək? Hesablama Palatasına yeni səlahiyyətlər verilir Dəniz qana boyandı: Uşaqların gözü qarşısında dəhşətli qırğın Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı 40 yaşdan sonra bunu etməyənlər təhlükə altındadır - Xəbərdarlıq Təhlükə böyüyür: bu, artıq dövlət məsələsidir! - Mühüm qərarın pərdəarxası Bəzilərinin yanağı çiyninə çatıb - Fədayə Laçın plastik əməliyyat etdirənlərdən danışdı Yaşı 50-dən yuxarı olanları gözləyən çətinlik - Nə etməlisiz?

Kaynak: publika.az

Diğer Haberler