DSX kursantlarının hazırladığı elmi-tədqiqat işləri təqdim olunub
Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin yaradılmasının 15 illik yubileyinə həsr olunan “Gənc tədqiqatçılar” adlı IV elmi-praktik konfrans keçirilib DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliy

Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin yaradılmasının 15 illik yubileyinə həsr olunan “Gənc tədqiqatçılar” adlı IV elmi-praktik konfrans keçirilib DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib Konfransın açılışında DSX-nin Xüsusi Məktəbinin 15 illik fəaliyyəti zamanı əldə etdiyi nailiyyətlərdən, xüsusi təyinatlı təhsil müəssisəsinin gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılması, intellektual potensialının inkişaf etdirilməsi və hərbi təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlərdən bəhs olunub. Daha sonra Xüsusi Məktəbin keçdiyi inkişaf yolunu əks etdirən videoçarx nümayiş etdirilib Konfrans çərçivəsində DSX-nin Akademiyası və Xüsusi Məktəbinin kursantları tərəfindən hazırlanan elmi-tədqiqat işləri təqdim olunub, müxtəlif istiqamətləri əhatə edən məruzələr dinlənilib, müasir dövrdə elmi araşdırmaların əhəmiyyəti, innovativ yanaşmaların tətbiqi və gənclərin elmi fəaliyyətə cəlb olunmasının vacibliyi ətrafında fikir mübadiləsi aparılıb Çıxışlarda gənc tədqiqatçıların elmi yaradıcılığa marağının artırılmasının, onların araşdırma bacarıqlarının inkişaf etdirilməsinin və əldə olunan nəticələrin elmi mühitə təqdim edilməsinin əhəmiyyəti xüsusi vurğulanıb, konfransın bu istiqamətdə mühüm platforma olduğu qeyd edilib Tədbirin sonunda məruzələri ilə fərqlənən kursantlar təltif olunub, konfrans materiallarından ibarət nəşr iştirakçılara təqdim edilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


