Tenqri
Ana Səhifə
Dünya

DSMF-nin bu ilin 5 ayı üzrə gəlir və xərcləri açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar-may aylarında proqnozla müqayisədə 9 faiz və ya 307 milyon manat çox olmaqla 3 milyard 676 milyon manat təşkil edib Bu barədə AZƏRTAC-a ƏƏSMN-in İctimaiyyətlə əlaqələr ş

0 baxışazertag.az
DSMF-nin bu ilin 5 ayı üzrə gəlir və xərcləri açıqlanıb
Paylaş:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar-may aylarında proqnozla müqayisədə 9 faiz və ya 307 milyon manat çox olmaqla 3 milyard 676 milyon manat təşkil edib Bu barədə AZƏRTAC-a ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib Bildirilib ki, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları proqnoza nisbətən 6 faiz və ya 167 milyon manat artaraq 2 milyard 815 milyon manat olub Bu ilin 5 ayında DSMF-nin xərcləri isə 3 milyard 440 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz və ya 316 milyon manat çoxdur 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler