“Dostlar çətin günlərdə olur”: Qazaxıstan İrana 30 vaqon humanitar yardım göndərib
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə İrana böyük miqdarda humanitar yardım göndərib, Orda.kz Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir Yardım Xarici İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Səhiyyə Nazirliyi ilə birlikdə K

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə İrana böyük miqdarda humanitar yardım göndərib, Orda.kz Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir Yardım Xarici İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Səhiyyə Nazirliyi ilə birlikdə KazAID agentliyi vasitəsilə çatdırılıb. Təhvil-təslim mərasimi Seraxs dəmir yolu stansiyasında baş tutub Humanitar yüklərə ət konservləri, şəkər, un, dərman və tibbi məhsullar daxildir. Tehrana çatdırılacaq və yerli qurumlar arasında paylanacaq. Ümumilikdə Qazaxıstan 30 vaqon göndərib Qazaxıstanın İrandakı səfiri Ontalap Onalbayev deyib ki, İran Yaxın Şərqdə respublikanın mühüm tərəfdaşlarından biri olaraq qalır Əvvəllər yazmışdıq ki, Yaxın Şərqdəki münaqişə Qazaxıstanla İranın birgə layihələrini dondurub


